N. M. AĞABƏyli


§ 3. Sitallar və posa sitalları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə98/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   148
İnşaat Materialları (e-book az)

 
§ 3. Sitallar və posa sitalları 
Sitallar  müəyyən  kimyəvi  tərkibli  şüşə-kristallik  materialdır. 
Onları istehsal etmək üçün əridilmiş şüşə kütləsinə xüsusi kristallaşma 
katalizatorları  qatır  və  sonra  xüsusi  rejim  üzrə  termik  emal  edirlər. 
Nəticədə  şüşədə  çox  az  miqdarda  (5

10  %)  çətinəriyən  materialların 
mikrokristalları (1 mkm və daha kiçik hissəcikləri) əmələ gəlir. 
Sitallar şüşə texnologiyası üzrə istehsal edilir. Onların istehsa-
lında işlədilən xammal eyni ilə şüşədə olduğu kimidir. Lakin xammal 
daha təmiz və yüksək keyfiyyətli olmalıdır. Xammal kütləsinə əlavə 
olaraq kristallaşmanı sürətləndirmək üçün xüsusi katalizatorlar 

 flüor 
birləşmələri, titan, litium, sirkonium və s. metal oksidləri, duzlar 
qatılır. 
Şüşə istehsalı texnologiyasından fərqli olaraq, sitalların istehsalı 
zamanı ərimiş kütlə qəlibləndikdən sonra termik emal edilir, sonra isə 
tabı alınır. Bunun nəticəsində şüşə şüşə-kristallik quruluşa keçir. 
Sitallar,  başlıca  olaraq,  texnikanın  xüsusi  sahələrində  (maşın-
qayırmada, cihazqayırmada, radioelektronikada və s.), habelə müxtəlif 
yapışqanların  alınmasında  tətbiq  edilir.  Sənaye  və  mülki  tikintilərdə 
sitallar konstruktiv və bəzək materialları kimi işlədilir. 
Posa sitalları ərimiş posaya təshihedici əlavələr və kristallaşma 
katalizatorları qatmaq və sonradan termik emal etmək yolu ilə alınır. 
Katalizator  olaraq  çox  vaxt  TiO
2
,  CaF
2
,  P
2
O
5
  və  eləcə  də  ağır 
metalların sulfidləri istifadə edilir. 
Posa sitallarının istehsal texnologiyası aşağıdakılardan ibarətdir: 
maye  posa  ərintilərinin  metallurgiya  müəssisələrindən  gətirilməsi; 
həmin  ərintilərə  təshihedici  əlavələrin  və  kristallaşma  katali-
zatorlarının  qatılması;  məmulatın  şüşə  texnologiyası  üzrə  qəliblən-
məsi; elektrik tunel sobalarında müəyyən istilik rejimi üzrə məmulatın 
termik  emalı;  tabalma;  məmulatın  soyudulması  və  lazımi  ölçüdə 
kəsilməsi. Kristallaşması iki mərhələdə aparılır: birinci mərhələ 

 kris-
talların əmələ gəlməsinin başlanğıcı (700

720 
0
S-də), ikinci mərhələ 

 
kristalların  sürətlə  artımı  (900

920 
0
S-də).  Kristalaşma  müddəti  2




 
 
 
 
91 
91 
saat davam edir. Posa sitallarının rəngi kristallizatorlardan  asılı olaraq 
qara rəngdən (ağır  metal oksidləri işlədildikdə) ağ rəngə qədər (sink 
oksidi işlədildikdə) dəyişir. 
Tikintidə təbəqə posa sitallarından döşəmələrdə, pilləkən pil-
lələrinin hazırlanmasında, divarların üzlənməsində, arakəsmələrdə və 
s. bina hissələrində tətbiq edilir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin