Şüşə bloklar iki yarım blokun bir-birinə kip qaynaq edilməsin-
dən hazırlanır. Onlar müxtəlif formada və rəngdə istehsal edilir. Şüşə
bloklar formasına görə kvadrat, düzbucaqlı, dairəvi, üçbucaq, altıüzlü
və başqa formalarda olur. Blokların xarici və daxili səthləri müxtəlif
fakturalı olduğundan işığı yaxşı yayır.
Bir kameralı işıqyayan şüşə blokların ölçüləri 194
194
98 və
244
244
98 mm-dir. Şəffaf şüşə blokların işıqburaxması 50
56 %,
rəngli bloklarınkı isə 35
40 %,-dir.
Şüşə blokların möhkəmliyi onların formasından, ölçülərindən,
divarının qalınlığından asılıdır. Blokların sıxılmada möhkəmliyi azı 4
MPa, istilikkeçirməsi 0,4 Vt/(m
0
S), səs izolyasiya qabiliyyəti isə
36
42 dB-dir. Şüşə bloklardan hazırlanan şaquli konstruksiyaların
odadayanıqlığı 2 saat, örtüklər üçün isə 1,5 saatdır.
89
89
Sənayedə şüşə bloklardan pəncərə boşluqlarının doldurulma-
sında, yaşayış və ictimai binalarda pilləkən qəfəsələrinin şüşələn-
məsində, arakəsmələrin qurulmasında istifadə edilir.