Alümosilikatlı odadavamlı materiallar üç qrupa bölünür:
yarımturş, şamot və yüksəkalüminatlı.
Yarımturş odadavamlı materiallarda SiO
2
-nin miqdarı 65 %--
dən, Al
2
O
3
-ün miqdarı isə 28 %-dən çox olur. Onları kvarslı qumları
gil yaxud kaolin yapışdırıcısı ilə birlikdə bişirməklə istehsal edirlər.
Kaolin yapışdırıcılı məmulatın odadavamlılığı 1710
0
S-dən, gil
yapışdırıcılı məmulatınkı isə 1580
0
S-dən az olmur. Yarımturş
odadavamlı materiallardan şaxta və tunel sobalarının divarlarının
daxildən üzlənməsində istifadə edilir. Şamot odadavamlı materiallar şamot (bişirilmiş və üyüdülmüş
odadavamlı gil ovuntusu) və odadavamlı gil yaxud kaolin qarışığının
bişirilməsindən hazırlanır. Onların tərkibində Al
2
O
3
-ün miqdarı 30
45
% olur. Metallurgiya sobalarının, habelə fırlanan sobaların (sement
sənayesində) hörgüsündə, daxili üzlük işlərində, buxar qazanlarında və
s. yerlərdə şamot odadavamlı materiallardan istifadə edilir.
Yüksək alüminatlı odadavamlı materiallar tərkibində 45 %--
dən çox Al
2
O
3
olan materiallardan (boksitdən, korunddan) istehsal
edilir. Onların odadavamlılığı 1820
1860
0
S-dir. Şüşə sənayesində
sobaların hörgüsündə istifadə edilir.