Gil kirəmiti
Kirəmit gildən bişirilmə yolu ilə hazırlanan damüstü material-
lardan biridir. Adətən, rəngi qırmızıdır. Lazım gəldikdə onu rəngli
şirlə örtmək mümkündür.
Kirəmitin hazırlanma texnologiyası demək olar ki, kərpicin ha-
zırlanma texnologiyasından fərqlənmir. Lakin kirəmit qalın olmadığı
üçün onu hazırladıqda işlənən gil çox yağlı, yəni plastik olmalı, yaxşı
qarışdırılmalı və əzilməlidir. Kirəmiti lent yaxud revolver preslərində
qəlibləyir, sonra isə qurutmaxanalarda qurudurlar. Qurudulma zamanı
çatların və digər deformasiyaların əmələ gəlməməsi üçün kirəmit
ehtiyatla qurudulmalıdır. Kirəmit 950
1000
0
S temperaturda həlqəvi
yaxud tunel sobalarda bişirilir.
78
78
Dörd tip gil kirəmiti tikintidə geniş tətbiq edilməkdədir: novlu
ştamplanmış kirəmit, novlu lent kirəmiti, yastı lent kirəmiti və bel
kirəmiti.
Kirəmit hamar səthli və düzgün formalı olmalıdır. Onda qopuq
yerləri və çatlar olmamalıdır. Rəngi birtonlu və sınığı bircinsli olmalı-
dır. Kirəmitin gilində, onun dağılmasına səbəb ola bilən əhəng qa-
tışıqları olmamalıdır. Kirəmit normal bişirilməli və metal əşya ilə
taqqıldatdıqda təmiz səs verməlidir.
Istehsalat şəraitinə görə kirəmitin yol verilən ən az qalınlığı
8
10 mm olur. Onun novlarının dərinliyi 5 mm-dən, asma üçün olan
dilçənin hündürlüyü: ştamplanmış kirəmit üçün 10 mm-dən, lent
kirəmiti üçün isə 20 mm-dən az olmamaldır. Kirəmit dam örtüyünə
vurulmuş ağac tamasalar üzərinə düzülür və dilçələr vasitəsilə
tamasaya bərkidilir. Kirəmiti məftillə tamasaya bağlamaq üçün
dilçədə deşik olmalıdır.
Kirəmiti havada quru halda sınmağa (əyilməyə) sınadıqda da-
ğıdıcı yükün qiyməti novlu ştamplanmış kirəmit üçün 0,8 kN-dan və
digər tip kirəmitlər üçün isə 0,7 kN-dan az olmamalıdır.
Su ilə doydurulmuş halda 1 m
2
kirəmit örtüyünün kütləsi yastı
lent kirəmitində 65 kq-dan, qalan tipdən olan kirəmitlərdə 50 kq-dan,
bel kirəmitinin 1 m uzunluqda kütləsi isə 8 kq-dan çox olmamalıdır.
Kirəmitin şaxtayadavamlılığına görə markası azı F 25 olmalıdır.
Gil kirəmiti, başlıca olaraq, az mərtəbəli kənd binalarının dam
örtüyündə işlədilir. O, kifayət qədər möhkəm, uzunömürlü, oda-
davamlı və xarici görünüşü gözəl damüstü materialdır. Çox ağır
olması, kövrəkliyi və suyun (yağış) tez axması üçün damları çox enişli
(30
0
-dən çox) düzəldilməsi kirəmitin nöqsan cəhətləridir.
79
79
Dostları ilə paylaş: |