N. M. AĞABƏyli


Kanalizasiya və drenaj boruları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə74/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   148
İnşaat Materialları (e-book az)

 
 Kanalizasiya və drenaj boruları 
Kanalizasiya  boruları  çətinəriyən  yaxud  odadavamlı  gillərlə 
yavanlaşdırıcı materialların (şamot, üyüdülmüş kvars qumu və s.) qa-
rışığından  hazırlanır.  Saxsılaşma  tempeaturunu  aşağı  salmaq  üçün 
xammala  aşqarlar  (çöl  şpatı,  nefelin  və  s.)  qatırlar.  Borular  silindr 
formasında və bir ucu gen ağız düzəldilir. 
Kanalizasiya boruları plastik qəlibləmə üsulu ilə hazırlanır. Bo-
ruları istehsal etmək üçün əvvəlcə gili iri daşlardan təmizləyir, sonra 
isə kobud üyüdürlər. Üyüdülmüş və qismən qurudulmuş  gili şamotla 
birlikdə qarışdırıcıda qarışdırır və 17-19 %-ə qədər nəmləndirirlər. Bu 
cür hazırlanmış kütləni qəlibləmə sexinə göndərirlər. Boru qəlibləmək 
üçün şaquli və üfqi boru preslərindən istifadə edilir. Boruları 80

120 
san müddətində əvvəlcə 20 MPa, sonra isə    70 MPa təzyiq altında qə-
libləyirlər.  Qəlibləmədən  sonra  borular  tunel  quruducularda  120

150 
0
S  temperaturda  24

40  saat  müddətində  qurudulur.  Qurudulmuş 
borulara  həm  daxildən, həm  də  xaricdən  şir  qatı çəkilir  və bişirilmək 
üçün  tunel  sobalara  ötürülür.  Boruları  1150

1200 
0
S  temperaturda 
30

36 saat müddətində bişirirlər. 
Kanalizasiya boruları çuqun, beton və dəmir-beton borulara nis-
bətən  korroziyaya  davamlıdır.  Onlardan  istehsalat  və  təsərrüfat  ka-
nalizasiya şəbəkələrində, habelə aqressiv torpaq suları şəraitində olan 
kanalizasiya şəbəkələri tikintisində istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin