N. M. AĞABƏyli


Üzlük  divar  tavacıqları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə72/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   148
İnşaat Materialları (e-book az)

Üzlük  divar  tavacıqları  iki  növə  ayırırlar:  kaşı  tavacıqlar  və 
fayans tavacıqlar. 
Kaşı  tavacıqlaır  tərkibində  20  %-ə  qədər  təbaşir  əlavə  olunan 
asanəriyən gillərdən hazırlanır və üz tərəfinə şir  çəkilir. Tavacıqlar bi-
şirmə  zamanı  məsaməli  alındığından  onlar  şir  qatı  ilə  çox  möhkəm 
yapışır. 
Kaşı  tavacıqların  keramik  kütləsi  səylə  qarışdırılmalıdır.  Ta-
vacıqlar  lingli  preslərdə  preslənir,  qurudulduqdan  sonra  bişirilir, 
üzərinə  şir  çəkilir  və  ikinci  dəfə  bişirilir.  Məhlulla  yaxşı  yapışması 
üçün tavacıqların arxa tərəfindən izlər açırlar. 
Fayans tavacıqların istehsalında odadavamlı yaxud çətinəriyən 
gillərdən,  yavanlaşdırıcı  əlavələrdən  (kvars  qumundan,  tavacıq  qı-
rıqlarından) və aşqarlardan (çöl şpatı, əhəngdaşı, təbaşir, şüşə qırıqları, 
perlit və s.) istifadə olunur. Tavacıqları qurutduqdan sonra 1160

1200 
0
S  temperaturda  bişirir,  şir  ilə  örtdükdən  sonra  isə  təkrar  bişirirlər. 
Onların saxsısı ağ rəngdə olur. 
Üzlük  divar  tavacıqlarının  keyfiyyətinə  qarşı  yüksək  tələblər 
irəli sürülür. Onlar düzgün həndəsi formada olmalı, qıraqları və künc-
ləri düz, səthində qabarıqlıq və çatlar olmamalıdır. Tavacıqlar termik 
davamlı olmalıdır.  
Şirlənmiş  üzlük  divar  tavacıqlardan  yaşayış  binalarının, 
məktəblərin,  uşaq  bağçalarının,  xəstəxanaların  və  poliklinikaların 
sanitar 
qovşaqlarının 
divarlarında, 
mətbəxlərdə, 
ticarət 
müəssisələrində,  hamamxanalarda,  laboratoriyalarda  və  s.  yerlərdə 
istifadə edilir. 
 Döşəmə tavacıqları  çətinəriyən və odadavamlı kaolin gillərin-
dən  hazırlanır.  Bu  zaman  yavanlaşdırıcı  əlavə  kimi  narın  üyüdülmüş 
şamot və kvars qumundan, saxsılaşma və bişirmə temperaturunu aşağı 
salmaq üçün isə aşqarlardan (nefelin-siyenit, perlit, şüşə qırıqları və s.) 
istifadə  edilir.  Tavacıqları  yarımquru  yaxud  şliker  üsulu  ilə 


 
 
 
 
73 
73 
hazırlanmış  pres-ovuntunu  presləyib  qəlibləməklə  istehsal  edirlər. 
Rəngli döşəmə tavacıqlarını rəngli gillərdən yaxud müxtəlif boyayıcı 
əlavələr qatılmış gillərdən alırlar. Tavacıqları 1060

1100 
0
S tempera-
turda bişirirlər.   
Döşəmə  tavacıqları  kvadrat,  düzbucaqlı,  üçbucaqlı,  altıbucaqlı 
və  səkkizbucaqlı  formada  hazırlanır.  Tavacıqların  tərəflərinin  ölçüsü 
50

150 mm, qalınlığı isə 10

13 mm olur. Ən böyük döşəmə tavacığı 
kvadrat formada 300

300 mm və digər ölçülərdə istehsal edilir. 
Digər  keramik  tavacıqlara  nisbətən  döşəmə  tavacıqları  yüksək 
möhkəmliyə  və  sıxlığa  malikdir.  Onlar  uzunömürlü  və  gigiyenikdir. 
Şirlənməmiş  və  şirlənmiş  tavacıqların  saxsısının  suhopması  müvafiq 
olaraq 4 və 5 %-dən çox olmamalıdır.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin