§6. Üzlük keramik məmulatlar Xarici üzlük keramik məmulatlar Binaların xarici üzlük işlərində müxtəlif ölçülü və formalı, de-
korativ keyfiyyətlərə malik keramik məmulat işlədilir. Bunlardan
üzlük keramik kərpic və daşlar, fasad tavacıqları geniş tətbiq edilir.
Üzlük keramik kərpic və daşlar dekorativməmulat olmaqla
yanaşı, həm də konstruktiv yükdaşıyıcı elementlərdir. Onlar divar hör-
güsü ilə bir zamanda hörülür və adi kərpic yaxud daş kimi yükdaşıyır.
Üzlük keramik kərpic və daşların istehsalında xammal materialı kimi
bişirildikdən sonra müxtəlif rəng əldə edən asanəriyən yaxud
çətinəriyən gillərdən istifadə edilir. Adətən, üzlük kərpicin rəngi tünd
qırmızıdan açıq qırmızıya qədər olur. Üzlük keramik kərpic və daşları adi gil kərpici kimi
plastik
yaxud yarımquru qəlibləmə üsulu ilə istehsal edilir. Onların səthinə
müxtəlif rəng vermək üçün anqoblamadan istifadə edirlər. Bundan öt-
rü üzlük kərpicin səthinə şaxtayadavamlı, müxtəlif rəngli anqoblar
çəkilir. Bu cür əldə edilmiş kərpicə anqoblanmış kərpic deyilir. An-
qobu ağ gildən (80 %-ə qədər) və mineral boyalardan (5
7 %) ha-
zırlayırlar. Binaların fasadına daha yüksək memarlıq ifadəliliyi ver-
mək üçün üzlük kərpici şirləyirlər. Belə kərpicə şirlənmiş kərpic de-
yilir.
Üzlük keramik kərpic və daşlardan fasadların, daxili divarların,
anbarların, zavod sexlərinin, bağ-bağça hasarlarının üzlənməsində
istifadə edirlər. Hovuzların və digər buna oxşar tikililərin üz-
lənməsində isə şirlənmiş kərpic yaxud suhopması 5 %-dən az olan
kərpic tətbiq edilir.