Yarımquru qəlibləmə üsulu. Kərpicin istehsalının bu üsulu
plastik qəlibləmə üsuluna nisbətən müəyyən üstünlüyə malikdir. Belə
ki, bu üsulla kərpici istehsal etdikdə çiy kərpici qurutmağa ehtiyac
qalmır. Bu halda təbii nəmliyi az olan azplastiklikli gillərdən istifadə
etmək olur ki, bu da istehsal sahəsini, işçi qüvvəsini və yanacaq sərfini
azaltmağa imkan verir. Lakin yarımquru qəlibləmə üsulu ilə istehsal
edilən kərpicin keyfiyyəti (məs., şaxtayadavamlılığı, əyilmədə
möhkəmliyi) plastik qəlibləmə üsulu ilə istehsal edilən kərpicin
keyfiyyətindən aşağı olur və kərpic bir qədər ağır alınır.
Yarımquru qəlibləmə üsulu ilə kərpicin istehsalının texnoloji
sxemi şəkil 3.2-də verilmişdir.
Xammal materialları vallarda qabaqcadan xırdalandıqdan sonra
quruducu barabanda 6
8 % nəmliyə qədər qurudulur. Bundan sonra
onları dezinteqratorda təkrar xırdalayır, ələyir, 8
12 % nəmliyə qədər
67
67
nəmləndirir və səylə qarışdırırlar. Bu cür əldə edilmiş keramik kütləni
hidravlik yaxud mexaniki preslərdə qəlibləyirlər. Sonra qəliblənmiş
kərpici bişirilmək üçün sobaya, oradan isə anbara göndərirlər.