68
68
Kərpicin xassələri və tətbiq sahələri. Standarta əsasən adi gil
kərpicinin ölçüləri 250
120
65 mm, modul kərpicinki isə
250
120
88 mm olmalıdır. Qurudulma və bişirilmə zamanı kərpicin
ölçüləri dəyişdiyindən, standartda onun ölçüləri üzrə müəyyən artıq-
əksiklik nəzərdə tutulmuşdur: uzunluğu üzrə
5 mm, eni üzrə
4
mm, qalınlığı üzrə
3 mm.
Kərpic düzgün paralelepiped formasında olmalıdır. Onun səth-
lərinin və tillərinin əyriliyi 3 mm-dən çox olmamalıdır. Kərpicdə
mexaniki qatışıqların və eləcə də yan səthində birbaşa (iki üzü çıxan)
çatların olmasına yol verilmir. Bir kərpicdə tillərin və künclərin azacıq
qopması tilin uzunluğu üzrə 15 mm-dən və sayının isə ikidən çox
olmaması müəyyən edilmişdir. Kərpicdə yan səth üzrə iki tərəfə çıxan
çatın uzunluğu 30 mm-dən çox olmamalıdır.
Sıxılmada möhkəmlik həddinə görə adi gil kərpici 8 markada
istehsal olunur: 75; 100; 125; 150; 175; 200; 250 və 300. Kərpicin sıx-
lığı 1600
1900 kq/m
3
, istilikkeçirmə əmsalı 0,70
0,82 Vt/(m
0
S)-dir.
Markası 150-dən yüksək olan kərpiclərin kütləsinə görə suhopması 6
%-dən, qalan markalı kərpiclərin suhopması isə 8 %-dən çox
olmamalıdır. Şaxtayadavamlılığına görə kərpicin aşağıdakı markaları
vardır: F 15; F 25; F 35 və F 50.
Adi gil kərpicindən yaşayış, ictimai və sənaye binalarının xarici
və daxili divarlarının, sütunların, tağ-tavanların hörgüsündə, yığma
divar panellərinin istehsalında və eləcə də digər yükdaşıyan kon-
struksiyaların tikintisində istifadə edilir. Yarımquru qəlibləmə üsulu
ilə hazırlanmış kərpicdən bünövrə və kürsülərin hidroizolyasiya
qatından aşağıda qalan hissəsində istifadə etməyə yol verilmir (şax-
tayadavamlılığı az olduğuna görə).
Dostları ilə paylaş: