N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə49/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   148
İnşaat Materialları (e-book az)

 
Aşqarlar və əlavələr 
Aşqarlar.  Saxsılaşma  və  bişirmə  temperaturunu  aşağı  salmaq 
məqsədi  ilə  gilə  qatılan  materiallara  aşqarlar  deyilir.  Onlar  keramik 
materialın  sıxlığını  və  möhkəmliyini  artırır,  suhopmasını  isə  azaldır. 
Keramik  material və məmulatların istehsalında işlədilən aşqarlara çöl 
şpatları, peqmatit, nefelin siyeniti, dolomit, maqnezit, təbaşir və s. ma-
teriallar aiddir. 


 
 
 
 
53 
53 
Çöl şpatları keramik kütlədə şüşəyəoxşar ərinti fazası əmələ gə-
tirir.  Bu  faza  keramik  kütlənin  silisiumlu  komponentlərini  həll  edir, 
bişirmə zamanı məmulatın deformasiyaya davamlılığını artırır və yeni 
mineralın 

 mullitin əmələ gəlməsinə səbəb olur. 
Təbiətdə çöl şpatlarına təmiz halda az təsadüf edilir. Onlar, adə-
tən,  başqa  minerallarla  qatışmış  olur.  Bununla  əlaqədar  olaraq, 
keramika  sənayesində  çöl  şpatları  ilə  yanaşı  onların  əvəzediciləri 

 
peqmatit, nefelin siyeniti və s. süxurlar işlədilir. 
Peqmatit  çöl  şpatları  və  kvars  mineralları  qarışığından  ibarət 
dağ süxurudur. Tərkibi sabit deyildir. Buna görə ondan keramika səna-
yesində  istifadə  edildikdə,  tərkibindəki  kvarsın  miqdarını  dəqiq 
bilmək lazımdır. 
Nefelin  siyeniti  tərkibində  nefelin  mineralından  başqa  albit, 
slüda və digər minerallar olan dağ süxurudur. Onun saxsılaşma tem-
peraturu 1060 
0
S, ərimə temperaturu isə 1150

1200 
0
S-dir. Ən böyük 
nöqsan cəhəti tərkibində müxtəlif qatışıqların olmasıdır.  
Dolomit,  maqnezit,  təbaşir,  mərmər  və  digər  karbonat  süxurla-
rının  yüksək  temperaturda  parçalanması  nəticəsində    CaO  və  MgO 
əmələ  gəlir.  Bu  oksidlər  keramik  kütlənin  komponentləri  ilə 
reaksiyaya girib, asanəriyən birləşmələr əmələ gətirir.      
Əlavələr.  Keramik  məmulata  bu  və  ya  digər  xassələr  vermək 
üçün  onlara  müxtəlif  əlavələr  qatırlar.  Belə  ki,  məsaməliliyi  çox, 
istilikkeçirməsi  az  olan  və  özündən  havanı  yaxşı  keçirən  keramik 
məmulat  istehsal  etmək  üçün  gilə  məsamə  əmələgətirən  əlavələr 
qarışdırırlar. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin