Yavanlaşdırıcı materiallar Gillərin plastikliyini, qurutduqda və bişirdikdə yığışmasını
azaltmaq məqsədi ilə onlara müxtəlif yavanlaşdırıcı materiallar qatır-
lar. Keramika sənayesində kvars qumu, şamot, susuzlaşdırılmış gil,
posa, keramik məmulat qırıqları və s. yavanlaşdırıcı materiallar kimi
tətbiq edilir.
Kvars qumu ən yaxşı təbii yavanlaşdırıcı materiallardan biridir.
Onu işlətməzdən qabaq xırdalayır, ələkdən keçirir, bəzən isə yuyurlar.
Keramika sənayesində iriliyi 0,5
2 mm olan kvars qumundan istifadə
edilir. Adətən, kvars qumunu 10
25 % miqdarında qatırlar.
Şamot odadavamlı və çətinəriyən gillərin bişirilməsindən və
sonradan 0,14
2 mm irilikli hissəciklərə xırdalanmasından alınır. O,
gilin qurudulma və bişirilməsini yaxşılaşdırır.
Susuzlaşdırılmış gil. 600
800
0
S temperaturda gilin fırlanan so-
bada yaxud aqlomerasiya maşınında qızdırılmasından alınır. Belə
temperaturda gilli mineralların tərkibində olan kimyəvi su kənar olur
və gil plastikliyini itirir. Qızdırılmış gili sonradan üyüdür və göz-
lərinin ölçüsü 1 mm olan ələkdən keçirirlər. Susuzlaşdırılmış gildən
keramik divar materialların istehsalında istifadə edirlər. Onu gil xəmi-
rinə 30
50 % miqdarında qatırlar.
Posa effektiv yavanlaşdırıcı materialdır. Adətən, kərpic
istehsalında dənəvərləşdirilmiş domna posasından istifadə edilir.
Istilik-elektrik stansiyalarında tullantı halında alınan kül də yavan-
laşdırıcı material kimi işlədilir.
Keramik məmulat qırıqları işlədilməzdən qabaq çeşidlənir, kə-
nar zərərli qatqılardan təmizlənir və sonra 2 mm-ə qədər xırdalanır.