N. M. AĞABƏyli


§7. Təbii daş materialların çıxarılması və emal edilməsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə39/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   148
İnşaat Materialları (e-book az)

 
§7. Təbii daş materialların çıxarılması və emal edilməsi 
Yer qabığındakı dağ süxurları yığımına yataq deyilir.  
Təbii daş materialı yatağını öyrənməkdə məqsəd ondakı dağ sü-
xurunun keyfiyyətli daş materialı istehsalı üçün yararlığını və yatağın 
istismarının iqtisadi məqsədə uyğunluğunu müəyyənləşdirməkdir. 
Axtarış işləri zamanı dağ süxurunu diqqətlə öyrəndikdən sonra 
ondan müəyyən miqdarda sınaq nümunələri götürür və laboratoriyada 
həmin nümunələri sınaqdan keçirirlər. 
Karxanaların  hazırlanması və  onlardan  faydalı  qazıntının  çıxa-
rılması üzrə olan işlər aşağıdakı ardıcıllıqla yerinə yetirilir: karxananın 
planlaşdırılması  və  atmosfer,  qrunt  və  daşqın  sularının  karxanadan 
uzaqlaşdırılması;  karxanaya  yolların  salınması;  boş  süxurdan  ibarət 
olan üst qatın kənar edilməsi; aşınmış süxur qatının müəyyən edilmiş 
yerə daşınması; monolitlərin əsas süxur kütləsindən ayrılması və emal 
olunacaq  yerə  göndərilməsi;  monolitlərin  müəyyən  ölçülü  daş 
parçalarına bölünməsi yaxud müəyyən daş məhsulu formasında emal 
edilməsi;  hazır  məhsulun  çeşidlənməsi;  məhsulun  anbara  yaxud 
istehlakçıya göndərilməsi. 
Yumşaq və  zəif süxurları 

  balıqqulağı  əhəngdaşını,  əhəng  tu-
funu,  mərməri  daşkəsən  maşın  və  kombaynlar  vasitəsilə  tələb  olunan 
ölçüdə və formada kəsib çıxardırlar. 
Daşkəsən maşınlarda çox zaman əsas kəsici element böyük sür-
ətlə  fırlanan  dairəvi  mişarlardır.  Bunların  kəskisi  bərk  xəlitələrdən 
(ərintilərdən) hazırlanmış dişlərdən ibarətdir. Həmin mişarlar müxtəlif 
istiqamətlərdə yerləşdirildiyindən şaquli və üfqi istiqamətdə kəsə bilir. 
Daşkəsən maşınlar (şəkil 2.1) və kombaynlarla həm kiçik ölçülü 
(190

188

390 mm), həm də iri bloklar (1000

1000 mm kəsikli və is-
tənilən uzunluqlu) kəsmək mümkündür. 


 
 
 
 
41 
41 
 
 
Şəkil 2. 3. Daşkəsən maşınla daşların kəsilməsi: 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin