N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə35/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   148
İnşaat Materialları (e-book az)

Allit süxurları. Bu süxurların tərkibi, başlıca olaraq, alüminium 
oksidindən ibarətdir. Bunlara boksit və laterit aiddir. 
Boksit.  Tərkibi  alüminium  hidrooksidindən  (diaspordan),  gilli 
minerallardan  və  digər  qatışıqlardan  ibarətdir.  Rəngi  tərkibindəki 
dəmir  hidrooksidinin  miqdarından  asılı  olaraq  qırmızı,  boz,  qəhvəyi, 
yaşılımtıl-boz olur. Sıxlığı 2900

3000 kq/m
3
-dur. 
Boksit  alüminium  istehsalı  üçün  əvəzedilməz  xammaldır.  On-
dan  süni  abrazivlər,  odadavamlı    materiallar  da  istehsal  edilir. 
Alüminat sementinin istehsalında əsas xammal kimi boksitdən istifadə 
edilir.      
Laterit  qələvi  və  turşu  püskürülmüş  süxurların tropik  iqlim  şə-
raitində  aşınmasından  əmələ  gəlmişdir.  Tərkibi,  əsasən,  kaolinitdən, 
dəmir hidrooksidlərindən və az miqdarda alüminium hidrooksidindən 
ibarətdir.  Qırmızı,  boz  yaxud  sarı  rəngdə  olur.  Laterit,  bəzən  qalıq 
boksiti  də  adlanır.  O,  aşınmaya  qarşı  yüksək  davamlı  olduğundan 
inşaat daşı kimi istifadə olunur. 
 
Orqanogen süxurlar 
Bu  süxurlar  dəniz  və  şirin  sularda  bitki  və  heyvan  orqanizm-
lərinin həyat fəaliyyəti və onların məhvi nəticəsində əmələ gəlmişdir. 
Orqanogen süxurlar iki qrupa bölünür: silisiumlu süxurlar və karbonat 
süxurları. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin