N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə32/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   148
İnşaat Materialları (e-book az)

Sementləşmiş  süxurlar  səpinti  çöküntü  süxurlarının  müxtəlif 
təbii yapışdırıcı maddələrlə (gil, silisium oksidi, əhəng və s.) sement-
ləşməsindən (yapışmasından) əmələ gəlmişdir.  Bu süxurlardan inşaat 
üçün ən əhəmiyyətli olanları qumdaşı, konqlomerat və brekçiyadır. 
Qumdaşı  təbii  sementləyici  maddə  ilə  yapışmış  xırda  mineral 
dənələrindən  ibarət  süxurdur.  O,  adətən,  kvars  (qum)  dənələrindən 
ibarət  olur.  Sementləyici  maddənin  növündən  asılı  olaraq  gilli  qum-
daşı,  əhəngli  qumdaşı,  silisiumlu  qumdaşı        və  s.  qumdaşı  növləri 
vardır.  
Inşaatda  çox  vaxt  silisiumlu  və  əhəngli  qumdaşları  tətbiq  olu-
nur.  Bunlar  silisium  oksidi  və  kalsitlə  sementləşmiş  daşlardır.  Si-
lisiumlu qumdaşı çox möhkəmdir və sıxılmada möhkəmlik həddi 250 
MPa-a çatır. Qumdaşıların bərkliyinin yüksək olması onların mexaniki 
emalını çətinləşdirir. Sıxlığı 2500

2800 kq/m
3
-dur. 
Konqlomerat  dəyirmi  çınqıl  dənələrinin  bir  yerdə  təbii  se-
mentləyici  maddə  (əhəng,  gil,  dəmir,  silisium,  mergel  və  s.)  ilə  ya-
pışmasından  əmələ  gələn  süxurdur.  Konqlomerat  eyni  tərkibli  yaxud 
müxtəlif tərkibli süxurların çınqılından ibarət ola bilər. 
Brekçiya iti bucaqlı müxtəlif süxur qırıntılarının bir yerdə təbii 
sementləyici  maddə  ilə  yapışmasından  əmələ  gəlmişdir.  Beləliklə, 
brekçiya  ilə  konqlomerat  bir-birindən,  onları  təşkil  edən  süxur 


 
 
 
 
35 
35 
qırıntılarının forması ilə fərqlənir. Odur ki, onlar təxminən eyni xassəli 
süxurlardır. Rəngləri ala-bəzək olur. 
Konqlomerat və brekçiyadan betonlar üçün doldurucular, ədədi 
daşlar və üzlük tavaları hazırlanır. 
 
Kimyəvi çöküntülər 
Kimyəvi  mənşəli  çöküntü  süxurları  sulu  məhlullardan  mineral 
maddələrin  çökməsi  (su  hövzələrinin  quruması  zamanı)  və  sonradan 
onların sıxlaşması və sementləşməsi nəticəsində əmələ gəlmişdir. 
Inşaatın ayrı-ayrı sahələrində tətbiq olunan kimyəvi çöküntü sü-
xurları üç qrupa bölünür: karbonat, sulfat və allit süxurları. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin