38
38
Diatomit tərkibində çoxlu amorf halında silisium 4-oksidi olan
boş, bəzən tam sementləşməmiş, rəngi ağ, sarı, boz və çəhrayı rəngli
süxurdur. O, vaxtı ilə şirin və şor sularda yaşamış diatom adlı
yosunların qalığından əmələ gəlmişdir.
Trepel diatomitə nisbətən daha köhnə süxurdur. Onun tərkibin-
dəki qalıqlar artıq çox xırda opal kürrəciklərinə dönmüş və bunlar da
opal sementi ilə sementləşmişdir. Diatomit rəngdədir.
Diatomit və trepel yumşaq, əl ilə asan ovulan süxurlardır. On-
ların sıxlığı 500
1000 kq/m
3
, məsaməliliyi 60
70%, istilikkeçirmə
əmsalı 0,17
0,23 Vt/(m
0
S)-dir.
Opoka xırda opal dənələrindən və yosun qalıqlarından ibarət sü-
xurdur. Müxtəlif rəngdə
tünd bozdan açıq sarı rəngə qədər, bəzən isə
qara rəngdə olur. Sıxlığı 1000
1300 kq/m
3
, məsaməliliyi 30
40 %-
dir. Ondan aktiv hidravlik əlavə kimi istifadə olunur.
Dostları ilə paylaş: