N. M. AĞABƏyli


Kalsit  yaxud əhəng şpatı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə23/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   148
İnşaat Materialları (e-book az)

Kalsit  yaxud əhəng şpatı (CaCO
3
) litosferada ən çox yayılmış 
minerallardan biridir. Həqiqi sıxlığı 2600

2800 kq/m
3
, bərkliyi isə 3-
dür. Laylara ayrılması üç istiqamətdədir. Şəffaf yaxud ağ rəngdə olur. 
Kalsitin  tərkibində  qatışıqlar  olduqda  onun  rəngi  çəhrayı,  göy,  sarı, 
qonur  və  s.  rəngdə  olur.  Suda  az  həll  olur  (  1l  suda            0,03  q). 
Tərkibində  aqressiv  karbon  qazı  (CO
2
)  olan  suda  isə  kalsit  çox  həll 
olur,  çünki  bu  halda  sönmüş  əhəng  [Ca(OH)
2
]  əmələ  gəlir  ki,  bu  da 
CaCO
3
-ə  nisbətən  suda  100  dəfə  artıq  həll  olur.  Kalsitin  əsas 
diaqnostik  əlaməti  onun  10%-li  HCl  turşusu  məhlulunda  intensiv 
surətdə qaynamaqla həll olmasıdır. 
Maqnezit  (MgCO
3
)  kalsitdən  ağır  və  bərkdir.  Təbiətdə  az  ta-
pılır. Rəngi ağ, boz və sarıdır. Həqiqi sıxlığı 2900

3100 kq/m
3
, bərk-
liyi isə 4

4,5-dir. Soyuq turşularla, demək olar ki, reaksiyaya girmir. 
Lakin qızdırılmış xlorid turşusunda həll olur. Odadavamlı  materiallar 
və yapışdırıcı maddələr istehsalında istifadə olunur.  
Dolomit  (CaSO
3

MgCO
3
)  fiziki  xassələri  etibarı  ilə  kalsitə 
yaxındır,  lakin  kalsitdən  möhkəm  və  bərk  olub,  suda  az  həll  olur. 
Şəffaf  yaxud  ağ,  çox  vaxt  sarımtıl  çalarlı  mineraldır.  Həqiqi  sıxlığı 
2900

3100 kq/m
3
, bərkliyi isə 3,5

4-dür. O, 10%-li HCl məhlulunda 
toz  halında  olduqda,  yaxud  HCl  qızdırıldıqda  həll  olur.  Odadavamlı 
materialların  və  yapışdırıcı  maddələrin  istehsalında  xammal  kimi 
istifadə  olunur.  Dolomitdən  inşaat  daşı  və  beton  üçün  qırmadaş  da 
hazırlanır. 


 
 
 
 
28 
28 
 
Sulfatlar qrupu 
Bu  qrupdan  olan  minerallardan  ən  çox  yayılanı  gips  və  anhid-
ritdir. Onlar çöküntü süxurlarının tərkibində olur. 
Gips  (CaSO
4

2H
2
O)  kristal  quruluşludur,  bəzən  xırda  dənəli 
olur.  Rəngi  ağdır.  Tərkibində  mexaniki  qatışıqlar  olan  gips  göy,  sarı 
və  ya  qırmızı  rəngdə  olur.  Bəzən  şəffaf  gipsə  rast  gəlmək  də  müm-
kündür. Həqiqi sıxlığı 2300 kq/m
3
, bərkliyi isə 1,5-dir. Gips suda nis-
bətən yaxşı (kalsitdən 75 dəfə çox) həll olur. Gipsdən gips yapışdırıcı 
maddələrin,  portlandsementin  və  digər  yapışdırıcıların  istehsalında 
istifadə edilir.  
Anhidrit    (CaSO
4
)  xarici  görünüşcə  gipsə  oxşayır.  Rəngi  ağ-
qırmızımtıl və ya göyümtül olur. Anhidrit laylar və damarlar şəklində 
gips  və  ya  daş  duz  ilə  birlikdə  təsadüf  olunur.Suyun  uzunmüddətli 
təsiri zamanı anhidrit gips daşına keçərək həcmini 30%-ə qədər artırır. 
Həqiqi sıxlığı 2800

3000 kq/m
3
, bərkliyi isə 3,5-dir. Anhidritdən ya-
pışdırıcı maddələrin istehsalında istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin