Qabrosüxurları qrupuna qabro, anortozit və labradorit aiddir.
Qabro süxurları quruluşca kristal dənəlidir. Tərkibi çöl şpat-
larının bir neçə növündən və tünd rəngli minerallardan (pir-
oksenlərdən) ibarətdir. Tərkibində kvars yoxdur. Tünd rəngli mineral-
ların miqdarı 30
50 % olur. Xırda dənəli qabro süxurları daha möh-
kəm və uzunömürlüdür.
Tərkibi, başlıca olaraq, natrium və kaliumlu çöl şpatlarından
labrador mineralından və çox az miqdarda tünd rəngli minerallardan
(10 %-ə qədər) ibarət olan süxura anortozit deyilir. Tamamilə labrador
(çöl şpatının bir növü) mineralından ibarət olan qabroya isə labradorit deyilir.
Qabro süxurlarının sıxlığı 2900
3300 kq/m
3
, sıxılmada möh-
kəmlik həddi isə 200
350 MPa-dır. Aşınmaya qarşı çox davamlıdır.
Yaxşı pardaqlanır.
Qabro tünd rəngli olduğu üçün əsasən, binaların kürsülərinə,
sütunlarına, abidələrin postamentinə (oturacağına) və s. yerlərə
işlədilir.
Azərbaycanın Daşkəsən rayonunda qabro yataqları vardır.
Tökülmüş (effuziv) süxurlar
Inşaat işlərində porfirit, traxit, liparit, andezit, diabaz və bazalt
kimi tökülmüş süxurlardan geniş istifadə edilir.