Mərkəzi sıxılmada möhkəmlik həddi (R sıx , MPa) dağıdıcı
yükün (F d , N) nümunənin əvvəlki (sınaqdan qabaqkı) eninə kəsik sa-
həsinə (S, m
2
) bölünməsindən alınır:
R sıx = F d /S.
Inşaat materiallarının sıxılmada möhkəmlik həddi 0,2
MPa-dan 1000 MPa-a qədər və daha çox ola bilər.
Bəzi inşaat materiallarının sıxılmada möhkəmlik həddinin
qiymətləri cədvə l .1-də verilmişdir.
Inşaat materialları sıxılmada möhkəmlik həddinə görə mar-
kalara bölünür. Marka materialın keyfiyyətinin ən mühüm gös-
təricisidir. Normativ sənədlərdə marka kQ/sm
2
ilə ifadə olunur. Mə-
sələn, portlandsementin markası 400, 500, 550 və 600-dür. Marka
yüksək olduqca, materialın keyfiyyəti də yüksək olur.