§ 4. Materialların mexaniki xassələri Deformativ xassələr. Bərk materialın xarici yüklərin, habelə
öz kütləsinin, temperaturun və digər amillərin təsiri altında forma və
ölçülərini dəyişməsinə deformasiyadeyilir.
Deformasiyalar xarakterinə görə elastik və plastik olur.
Xarici yük götürüldükdən sonra yox olan deformasiyaya elas- tik deformasiya deyilir.
Xarici qüvvənin qiyməti müəyyən həddi keçdikdən sonra ma-
terialda həm elastik, həm də qalıq deformasiyası alınır. Xarici qüvvə
götürüldükdə materialda qalan deformasiyayaqalıq yaxud plastik deformasiyadeyilir.
Bütün inşaat materialları deformasiyaların növünə görə elas-
tik, plastik və kövrək olur.