Kombinə edilmiş üsulla portlandsementin istehsalı. Bu üsul-
la portlandsementin istehsalı zamanı xammal qarışığı yaş üsulda
olduğu kimi hazırlanır, presfiltrdə susuzlaşdırılır, dənəvərləşdirilir və
sonra isə sobada yandırılır. Bu halda yanacaq sərfini 30 %-ə qədər,
kapital qoyuluşunu isə yaş üsula nisbətən 10 %-ə qədər azaltmaq
mümkündür, lakin elektrik enerjisi sərfi 15
20 % artır.
Kombinə edilmiş üsulda xammal qarışığı quru üsulda olduğu
kimi də hazırlana bilər. Bunun üçün texnoloji sxemə əlavə texnoloji
əməliyyat
xammal qarışığının dənəvərləşdirilməsi əməliyyatı daxil
edilməlidir. Bu halda toz halında olan xammal qarışığı xüsusi aparatda
su ilə 10
14 %-ə qədər nəmləndirilərək dənələr halına salınır. 10
15
mm ölçülü dənəvərləşdirilmiş xammal qarışığı əsasən şaxta tipli
sobalarda yandırılır.