Üçüncü növ korroziya. Sement daşına dəniz, qrunt və digər
mineral sular təsir etdikdə bu növ korroziya yaranır. Həmin suların
təsirindən məsamələrdə suda az həll olan birləşmələr toplanır ki,
bunlar da sonradan həcmini genişləndirərək sement daşının
dağılmasına səbəb olur.
Mineral sulardakı kalsium-sulfat sement daşındakı üçkalsiumlu
hidroalüminata təsir edərək kalsium hidrosulfoalüminat əmələ gətirir.
3CaO
Al
2
O
3
6H
2
O + 3(CaSO
4
2H
2
O)
+ 19H
2
O =
= 3CaO
Al
2
O
3
3CaSO
4
31H
2
O.
Bu vaxt üçkalsiumlu hidrosulfoalüminat həcmcə təxminən 4,76
dəfə genişlənərək daxili gərginlik yaradır və sement daşını sıxlaşdırır.
Sonra isə kristalların artması ilə əlaqədar olaraq məsamə və
kapilyarların divarcıqlarında dartıcı gərginliklərin əmələ gəlməsi
nəticəsində çatlar alınır və sement daşının möhkəmliyi kəskin surətdə
azalır.