N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə124/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   148
İnşaat Materialları (e-book az)

  Istilikayırması.  Portlandsementin  su  ilə  qarşılıqlı  təsiri 
ekzotermik  reaksiyadır,  yəni  istiliyin  ayrılması  ilə  gedir.  Bu  hal 
sement  bərkiyərkən  onun  qızmasından  əyani  surətdə  görünür.  Bəzi 
hallarda  ekzotermiya  hesabına  betonun  temperaturu  başlanğıc 
temperaturundan  40 
0
S  və  daha  yüksək  ola  bilər.  Portlandsementin 
bərkiyərkən istilik ayırması həm müsbət, həm də mənfi rol oynayır.  
Müsbət rolu ondan ibarətdir ki, soyuq şəraitdə 

 qışda  beton-
lama  işi  apardıqda  ekzotermiya  betonun  temperatururnun  aşağı 
düşməsinin qarşısını alır ki, bu da bərkimə üçün vacib şərtdir. 

 Möhkəmlik. Portlandsementin möhkəmliyi sıxılmada və əyil-
mədə möhkəmlik hədləri ilə xarakterizə edilir. Sement nümunələrinin 
28  gündən  sonra  sıxılmada  möhkəmlik  həddinə  sementin  aktivliyi 
deyilir.  Sementin  aktivliyinə  əsasən  onun  markası  müəyyən  edilir. 
Sementin  markasını  təyin  etmək  üçün  1:3  nisbətli  plastik  məşlul 
qarışığından  ölçüləri  40

40

160  mm  olan  tirciklər  hazırlanır. 


 
 
 
 
123 
123 
Məhlulda su/sem = 0,4 qəbul edilir. Tirciklərin hazırlanmasında təmiz 
kvars qumundan istifadə edilir. Nümunələr 28 gün nəm şəraitdə və 20 

  2
0
S  temperaturda  saxlanılır.  28  gündən  sonra  tircikləri  əvvəlcə 
əyilməyə  sınayıb  əyilmədə  möhkəmlik  həddini,  sonra  isə  əyilməyə 
sınama  zamanı  alınmış  tircik  parçalarını  sıxılmaya  sınamaqla 
sıxılmada möhkəmlik həddini təyin edirlər. Nümunələrin əyilmədə və 
sıxılmada  möhkəmlik  hədlərinə  əsasən  sementin  markası  müəyyən 
edilir.  Standarta  əsasən  portlandsementin  4  markası  vardır:  400,  500, 
550 və 600. 
Sement  daşının  dartılmada  möhkəmlik  həddi  sıxılmada  möh-
kəmlik həddindən təxminən 10 dəfə azdır. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin