N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə125/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   121   122   123   124   125   126   127   128   ...   148
İnşaat Materialları (e-book az)

  Şaxtayadavamlılıq.  Sementin  ayrılıqda  şaxtayadavamlılığı 
normalaşdırılmır və bu xassə ondan hazırlanan beton və məhlullara aid 
edilir.  Lakin  beton  və  məhlulların  şaxtayadavamlılığı  işlədilən 
sementin  növündən  də  asılıdır.  Sement  daşının  məsamələrindəki  su 
donduqda  həcmini  təxminən  9  %  artırır.  Bunun  hesabına  yaranan 
daxili  gərginliyin  qiyməti  sement  daşının  dartılmada  möhkəmlik 
həddini keçdikdə o dağılır.  
Portlandsementdən hazırlanan beton və məhlullar kifayət qədər 
şaxtayadavamlı  hesab  edilir.  Portlandsement  klinkerinin  mineral 
tərkibindən  asılı  olaraq,  beton  və  məhlulların  şaxtayadavamlılığı 
dəyişir.  Şaxtayadavamlılığa  ən  çox  təsir  edən  üçkalsiumlu  alüminat 
mineralıdır.  Klinkerdə  onun  miqdarının  artması  ilə  beton  və 
məhlulların  şaxtayadavamlılığı  azalır.  Odur  ki,  şaxtayadavamlılığı 
artırmaq  məqsədilə  S
3
A-ı  10  %-ə  qədər  məhdudlaşdırmaq  məsləhət 
görülür. Alit mineralının artması ilə sementin şaxtayadavamlılığı artır.  

  Saxlandıqda  xassələrini  dəyişməsi.  Portlandsement    uzun 
müddət saxlandıqda havadakı nəmin və karbon qazının hesabına qis-
mən hidratasiya edir və karbonlaşır, bu vaxt dənələr üzərində yaranan 
hidrat  və  karbonat  təbəqəsi  sement  işlədilərkən  suyun  daxilə 
keçməsini  çətinləşdirir,  bərkiyərkən  aktivliyini  azaldır,  tutma  vaxtını 
ləngidir. Bu hal çox narın üyüdülmüş və yüksək markalı sementlərdə 
özünü daha kəskin göstərir. Uzun müddət saxlanma möhkəmliyə xeyli 
dərəcədə mənfi təsir göstərir. 3 aylıq saxlanma möhkəmliyin təxminən 
20  %,  6  aylıq  saxlanma  30  %,  1  illik  saxlanma  isə  40  %  azalmasına 
səbəb  olur.  Sement  açıq  halda  saxlandıqda  bu  itki  daha  çox  olur. 


 
 
 
 
124 
124 
Sementi  təkrar  üyütməklə,  beton  qarışığının  qarışdırma  vaxtını 
uzatmaqla sementin möhkəmliyini bərpa edirlər. 
Portlandsementə üyüdülmə vaxtı hidrofob əlavələrin qatılması, 
onun  uzun  müddət  saxlandıqda  möhkəmliyini  və  eləcə  də  digər 
xassələrini mühafizə etməyə imkan verir.   

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin