N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə127/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   148
İnşaat Materialları (e-book az)

Ikinci  növ  korroziya.  Bu  növ  korroziya  tərkibində  duzlar  və 
turşular olan suların təsirindən əmələ gəlir. Həmin sular silikat daşını 
təşkil  edən  birləşmələrlə  əvəzetmə  reaksiyalarına  girərək  ya  suda 
yaxşı  həll  olan,  ya  da  heç  bir  yapışdırıcılıq  qabiliyyəti  olmayan 
məhsullar  əmələ  gətirir.  Beləliklə,  sement  daşının  məsaməliliyi  artır, 
möhkəmliyi azalır və tədricən dağılır. 
Karbonat  korroziyası.  Suda  sərbəst  karbon  qazının  miqdarı 
15

20 mq/l-dən çox olduqda o, turşu mühiti yaradaraq sementə dağı-
dıcı  təsir  göstərir.  Əvvəlcə  CO
2
  sement  daşındakı  əhəngi  CaCO
3
-a 
çevirir: 
Ca(OH)
2
 + CO
2
 = CaCO
3
 + H
2
O. 
Əmələ gəlmiş CaCO
3
  sement  daşının  məsamələrinə  çökərək  onu  sıx-
laşdırır.  Lakin  sonradan  sudakı  CO
2
  əmələ  gəlmiş  CaCO
3
-la  əks 
reaksiyaya girərək onu suda asan həll olan bikarbonata çevirir: 
CaCO
3
 + CO
2
 + H
2
O = Ca(HCO
3
)
2

Bu reaksiya o vaxta qədər davam edir ki, məhlulda bikarbonat, 
karbonat  və  karbon  qazı  arasında  müvazinət  əmələ  gəlsin.  Odur  ki, 
tərkibində  çoxlu  karbon  qazı  olan  suyu  beton  borularla  nəql  etmək 
lazım  gəldikdə,  həmin  suyu  əvvəlcə  əhənqgdaşı  ilə  doldurulmuş 
süzgəcdən  keçirirlər.  Bu  halda  karbon  qazı  əhəngdaşı  ilə  birləşərək 
bikarbonat  əmələ  gətirir.  Süzgəc  kimi  istifadə  edilən  əhəngdaşını 
müəyyən vaxt keçdikdən sonra dəyişdirmək lazımdır.

 
Turşu  korroziyası.  Bütün  üzvi  və  qeyri-üzvi  turşular  qatılıq-
larından  asılı  olmayaraq  sement  daşına  dağıdıcı  təsir  göstərir.  Onlar 
təkgcə  Ca(OH)
2
-lə  deyil,  sement  daşının  digər  birləşmələri  ilə  də 


 
 
 
 
126 
126 
reaksiyaya girir. Sənaye sularında müxtəlif növ turşular, təbii sularda 
isə əsasən karbonat turşusu olur. 
Sement  daşına  xlorid  turşusu  təsir  etdikdə  aşağıdakı  reaksiya 
gedir: 
Ca(OH)
2
 + 2HCl = CaCl
2
 + 2H
2
O, 
3CaO

2SiO
2

3H
2
O + mHCl = 3CaCl
2
 + 2SiO
2

aq +nH
2
O. 
Reaksiya nəticəsində əmələ gələn kalsium-xlorid suda asanlıqla 
həll olur və yuyulur. Nəticədə sement daşında məsamələr əmələ gəlir, 
betonun möhkəmliyi azaldır, sonra isə tam dağılır. 
Sulfat turşusu sement bərkidikdə əmələ gələn Ca(OH)
2
-lə reak-
siyaya girərək onu gipsə çevirir: 
Ca(OH)
2
 + H
2
SO
4
 = CaSO
4

2H
2
O. 
Həmin  gips  sement  daşının  məsamələrində  kristallaşır  və 
kristalların artması sement daşını dağıdır.  
Adi  beton  hidrogen  göstəricisi  pH

6,5,  daha  sıx  beton  isə 
pH

4,9 

 4 olduqda dağılmağa başlayır. 
Betonu,  praktiki  olaraq,  turşu  korroziyasından  qorumaq  müm-
kün  deyildir.  Onu  turşuların  təsirindən  qorumaq  üçün  beton  kon-
struksiyanın səthini turşuyadavamlı sement qatı ilə örtürlər. 
Maqnezial korroziya. Dəniz sularında NaCl duzundan başqa di-
gər  duzlar  da  vardır.  Dünya  okeanı  sularının  hər  1  litrində,    orta 
hesabla, 27,2 q NaCl; 3,8 q MgCl
2
; 1,7 q MgSO
4
; 1,2 q CaSO
4
 duzu 
olur. 
Tərkibində maqnezium duzu olan su betonda maqneziumlu kor-
roziya  törədir.  Bu  halda  maqneziumun  duzu  Ca(OH)
2
-lə  qarşılıqlı 
əlaqəyə  girərək  suda  asan  həll  olan  və  su  ilə  asanlıqla  yuyulub  çı-
xarılan  duz  və  yapışdırıcılıq  qabiliyyəti  olmayan  Mg(OH)
2
  əmələ 
gəlir: 
Ca(OH)
2
 + MgCl
2
 = CaCl
2
 + Mg(OH)
2

Maqnezium  duzlarının  tərkibində  Mg
2+
  ionlarının  miqdarı  500 
mq/l-dən çox olarsa, onlar sement daşına aqressiv təsir göstərir.  
Qeyd  etmək  lazımdır  ki,  MgSO
4
  sment  daşına  daha  aqressiv 
təsir göstərir və bu cür korroziya maqnezial-sulfat korroziyası adlanır. 


 
 
 
 
127 
127 
MgSO
4
  təkcə  Ca(OH)
2
-lə  deyil,  həm  də  hidroalüminat  və  hidro-
silikatlarla da reaksiyaya girir: 
Ca(ON)
2
 + MgSO
4
 + 2H
2
O = CaSO
4

2H
2
O + Mg(OH)
2

3CaO

Al
2
O
3

6H
2
O + 3MgSO
4
 + 6H
2
O = 3(CaSO
4

2H
2
O) + 
+2Al(OH)
3
 + 3Mg(OH)
2,
 
3CaO

2SiO
2

3H
2
O + 3MgSO
4
 +nH
2
O = 3(CaSO
4

2H
2
O) + 
+ 2SiO
2

nH
2
O + 3Mg(OH)
2

Reaksiyalar nəticəsində sement daşında suda asanlıqla həll olan 
və yaxud yuyulub çıxarılan birləşmələr əmələ gəlir.  Bunlar da sement 
daşında məsamələrin əmələ gəlməsinə, möhkəmliyin aşağı düşməsinə 
və son nəticə olaraq dağılmasına səbəb olur.  
Maqnezial-sulfat korroziyası ayrılıqda götürülmüş  sulfat yaxud 
maqnezial korroziyadan daha güclüdür. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin