N. M. AĞABƏyli


Sulfatlaradavamlı  portlandsement



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə130/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   148
İnşaat Materialları (e-book az)

  Sulfatlaradavamlı  portlandsement.  Dəniz  tikintilərində  is-
tismar  edilən  dəmir-beton  konstruksiyalar  kimyəvi  və  fiziki  kor-
roziyaya  məruz  qalır.  Dəniz  sularındakı  sulfat  duzları  III  növ  korro-
ziya  törədərək  konstruksiyanı  dağıdır.  Bundan  başqa  konstruksiyanın 
su  ilə  görüşən  hissəsində  suyun  səviyyəsi  daim  dəyişdiyindən  qışda 
təkrar  olunan  donma  və  donuaçılmalar,  yayda  isə  nəmlənmə  və 
quruma  prosesləri  onu  fiziki  aşındırır.  Belə  şəraitdə  istismar  edilən 
dəmir-beton  konstruksiya  aşınmasın  deyə  onun  tərkibindəki  ən  zəif 
komponent 

  adi  sement  xüsusi  növ  sementlə 

  sulfatlaradavamlı 
sementlə əvəz edilməlidir. 
Sulfatlaradavamlı  sementlərə  sulfatadavamlı  portlandsement 
(əlavəsiz və mineral əlavəli), sulfatadavamlı posalı portlandsement və 
putsolanlı 
portlandsement 
daxildir. 
Bütün 
bu 
sementlər 
normalaşdırılmış  mineral  tərkibli  portlandsement  klinkerinin 
əlavələrsiz yaxud əlavələrlə birlikdə üyüdülməsindən alınır. 
Sulfatlaradavamlı  portlandsement  almaq  üçün  sement  klinke-
rində  sulfatlarla  əlaqəyə  girən  üçkalsiumlu  alüminat  mineralının 
miqdarını azaltmaq lazımdır.  
Sulfatlaradavamlı portlandsementin markaları 300, 400 və 500, 
xüsusi səthi adi portlandsementinki qədər olub, 2500

3000 sm
2
/q-dır; 
istehsalı adi portlandsementin istehsalından fərqlənmir. 


 
 
 
 
129 
129 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin