N. M. AĞABƏyli


§ 9. Putsolanlı sementlər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə138/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   134   135   136   137   138   139   140   141   ...   148
İnşaat Materialları (e-book az)

§ 9. Putsolanlı sementlər 
 
Putsolanlı portlandsement 
Portlandsement  klinkerinin  lazımi  miqdarda  gips  və  aktiv  mi-
neral  əlavələrlə  birlikdə  üyüdülməsindən  ya  da  ayrıca  üyüdülərək 
mükəmməl  surətdə  qarışdırılmasından  alınan  yapışdırıcıya  putsolanlı 
portlandsement deyilir. 
Putsolanlı  portlandsementdə  çöküntü  süxurlarından  olan  aktiv 
əlavələrin miqdarı sementin kütləsinin 20

30%-i qədər,  püskürülmüş 
süxurlardan  olan  aktiv  əlavələrin  miqdarı  isə  25

40  %-i  qədər  ola 
bilər. 
Sementdə  SO
3
-ün  miqdarı  3,5  %-dən,  işlədilən  klinkerdə  isə 
MgO-nin miqdarı 5 %-dən çox olmamalıdır. 
Putsolanlı  portlandsementin  istehsal  texnologiyası  portland-
sementdən fərqlənmir. Fərq yalnız ondadır ki, aktiv mineral əlavə bir 
qədər  çox  miqdarda  qatılır.  Əlavə  əvvəlcə  daşqıranda  xırdalanır, 
qurudulur  və  çəkilərək  dəyirmana  verilir  ki,  burada  o,  klinker  və 
gipslə  birlikdə  üyüdülür.  Üyütmə  vaxtı  putsolanlı  portlandsementə 
plastikləşdirici və hidrofob əlavələr qatmaq olar. 
Putsolanlı  portilandsement  su  ilə  qarışdırıldıqda  aşağıdakı 
reaksiya gedir:   
Ca(OH)
2
 + SiO
2
 + mH
2
O = CaO

SiO
2

mH
2
O. 
Bundan  başqa  aktiv  silisium  4-oksid  üçkalsiumlu  hidroalümi-
natla da aşağıdakı reaksiya üzrə əlaqəyə girir: 
3CaO

Al
2
O
3

6H
2
O + SiO
2
 = CaO

SiO
2

nH
2
O +  
+ 2CaO

Al
2
O
3
(6 

 n)H
2
O. 


 
 
 
 
134 
134 
Beləliklə,  sementin  hidratasiyası  nəticəsində  alınan  bütün 
sərbəst  əhəng,  demək  olar  ki,  suda  həll  olmayan  birləşmələr  halına 
keçir.  Buna  görə  də  yaxşı  bərkimiş  putsolanlı  portlandsement  içməli 
suyun təsirindən yuylmur. 
Aşağı  temperaturun  putsolanlı  portlandsementə  təsiri  adi 
portlandsementə  olan  təsirindən  daha  güclüdür. 

  10 
0
S  –dən  aşağı 
temperaturda  həmin  sementin  tutması  və  bərkiməsi  mühüm  dərəcədə 
yavaşıyır.  Buna  görə  putsolanlı  portlandsementi  soyuq  vaxtlarda 
işlətmək məsləhət deyildir. 
Yüksək  temperaturun  putsolanlı  portlandsementə  təsiri  port-
landsementdən  daha  güclüdür.  Bu  xassəsinə  görə  putsolanlı  port-
landsementdən  hazırlanan  məmulatı  avtoklavda  buxara  vermək 
məsləhət görülür. 
Putsolanlı  portlandsement  adi  portlandsementdən  daha  açıq 
rəngli olur. Onun həqiqi sıxlığı 2800

2900,  tökmə  sıxlığı  sıxlaşdırıl-
mamış  halda  800

1000,  sıxlaşdırılmış  halda  isə  1200

1500  kq/m
3
-
dur.  Normal  qatılıqlı  xəmir  almaq  üçün  putsolanlı  portlandsementə 
30

40 %, yəni portlandsementdən daha çox su qatmaq lazım gəlir.  
Putsolanlı  portlandsementin  markaları  300  və  400-dür.  Onun 
bərkimənin ilk günlərində və həftələrində mghkəmliyinin artması adi 
portlandsementinkinə  nisbətən  tədricən  gedir.  Lakin  müəyyən  vaxt 
keçdikcə  möhkəmliklər  arasındakı  fərq  yavaş-yavaş  azalır  və  6  ay 
keçdikdən  sonra  putsolanlı  portlandsement  əlavə  qatılmış 
portlandsement kimi möhkəmliyə malik olur. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin