N. M. AĞABƏyli


Gips-alüminatlı  genişlənən  sement



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə146/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   148
İnşaat Materialları (e-book az)

Gips-alüminatlı  genişlənən  sement.  Müəyyən  nisbətdə  götü-
rülmüş  yüksəkalüminatlı  posa  və  ya  klinkerlə  təbii  gips  daşının 
birlikdə  yaxud  ayrıca  üyüdülərək  qarışdırılmasından  alınan 
tezbərkiyən  hidravlik  yapışdırıcı  maddəyə  gips-alüminatlı  genişlənən 
sement deyilir. 
Bütün  genişlənən  sementlərdə  olduğu  kimi  burada  da  geniş-
lənmənin  səbəbi  kalsium  hidroalüminat  birləşməsinin  əmələ 
gəlməsidir. 
Optimal tərkibli gips-alüminatlı genişlənən sement təxminən 70 
%  yüksəkalüminatlı  posa  və  30  %  təbii  gips  daşından  ibarət  olur. 
Üyüdülmə  zamanı  sementə,  onun  keyfiyyətini aşağı salmayan  2  %-ə 
qədər əlavə qarışdırmaq olar. 
Gips-alüminatlı  genişlənən  sement  suda  bərkidikdə  genişlənmə 
xassəsinə malikdir; havada bərkidikdə isə yığışmayan olur və ya suda 
bərkidiyinə  nisbətən  az  genişlənir.  Markaları  400  və  500-dir.  Həmin 
sementdən  hazırlanan  nümunələrin  sıxılmada  möhkəmlik  həddi  3 
gündən sonra təyin edilir və 30 MPa-dan az olmamalıdır. Sementin 28 
gündən sonrakı möhkəmlik həddi 3 günlük möhkəmlik həddindən az 
olmamalıdır. Tutmasının başlanğıcı 10 dəqiqədən tez, tutmasının sonu 
isə 4 saatdan gec olmamalıdır.  
Alüminat  sementindən  fərqli  olaraq  gips-alüminatlı  genişlənən 
sement  əsasında  hazırlanmış  məmulatları  isti-nəm  şəraitdə  bərkitmək 
olar.  Bu  zaman  bərkimə  sürəti  əhəmiyyətli  dərəcədə  artır.  Lakin 
bərkimə temperaturu 80 
0
S-dən çox olmamalıdır. 
Bu yapışdırıcıdan gəmiqayırmada, atom reaktorlarının mühafizə 
işlərində istifadə edilir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin