N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə142/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   138   139   140   141   142   143   144   145   ...   148
İnşaat Materialları (e-book az)

 
Əhəng-posa sementi 
Tezsoyudulmuş  domna  posası  ilə  əhəngin  birlikdə  üyüdülmə-
sindən və ya ayrıca üyüdülərək mükəmməl surətdə qarışdırılmasından 
alınan  hidravlik  yapışdırıcı  maddəyə  əhəng-posa  sementi  deyilir. 
Adətən,  10

30  %  əhəng  və  70

90  %  tezsoyudulmuş  domna  posası 
götürülür. Sementin tutmasını nizamlamaq üçün 5 %-ə qədər gips daşı 
əlavə  edilir.  Bərkiməni  sürətləndirmək  məqsədilə  10

15  % 
portlandsement qatmaq olar.  
Əhəng-posa sementinin həqqi sıxlığı 2500

2900 kq/m
3
, sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 800

900 kq/m
3
, sıxlaşdırılmış halda isə 
1200

1400  kq/m
3
-dur.  Bu  sementin  sutələbatı  portlandsementə  və 
posalı  portlandsementə  nisbətən  çoxdur.  Xüsusi  səthinin  3500

5000 
sm
2
/q-a çatdırılması məsləhət görülür. Tutması posalı portlandsementə 


 
 
 
 
138 
138 
nisbətən  ləng  gedir.  Tutmasının  başlanğıcı,  adətən,  2

4  saat, 
tutmasının sonu isə 4

8 saat çəkir. 
Əhəng-posa  sementinin  markası  1:3  tərkibli  bərk  qatılıqlı 
məhluldan  hazırlanmış  nümunələri  sınamaqla  müəyyən  edilir.  Mar-
kları 50, 100, 150 və 200-dür.  
Əhəng-posa sementi əsasında hazırlanmış beton 15

30 gün ər-
zində qurumaqdan qorunmalıdır, yəni nəm mühitdə (və ya suda) bər-
kiməlidir. 
Əhəng-posa sementi aqressiv təsirlərə davamlıdır. Sulfatlı sular, 
dəniz suları, şirin sular bu sementdən hazırlanmış betonu aşındırır.  
 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin