N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə139/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   135   136   137   138   139   140   141   142   ...   148
İnşaat Materialları (e-book az)

 
Əhəng-putsolan sementi 
Əhənglə aktiv mineral əlavənin birlikdə üyüdülməsindən və ya 
həmin  materialların  qabaqcadan  üyüdülərək  mükəmməl  surətdə 
qarışdırılmasından  alınan  hidravlik  yapışdırıcı  maddəyə  əhəng-put-
solan  sementi  deyilir.  Bu  sementin  tərkibi  10

30  %  əhəngdən  və 
70

90  %  əlavədən  ibarət  olur.  Göründüyü  kimi  əhəng-putsolan  ya-
pışdırıcısı klinkersiz sementdir.  
Tutma  vaxtını  tənzimləmək  üçün  üyüdülmə  yaxud  qarışdırma 
zamanı  ona  5  %-ə  qədər  gips  və  ya  portlandsement  əlavə  olunur. 
Əhəngi sönmüş və sönməmiş halda götürmək olar.  


 
 
 
 
135 
135 
Əhəng-putsolan sementi hazırlamaq üçün trepel, diatomit, sün-
gər, trass və tuflardan istifadə oluna bilər. 
Əhəng-putsolan  sementi  adi  portlandsementə  nisbətən  xeyli 
yüngül  olur.  Onun  həqiqi  sıxlığı  işlədilən  əlavənin  növündən  asılı 
olaraq  2200

2700  kq/m
3
-dur.  Sıxlaşdırılmamış  halda  tökmə  sıxlığı 
500

800,  sıxlaşdırılmış  halda  isə  800

1200  kq/m
3
-dur.  Narınlığı  elə 
olmalıdır ki, onu 008 №-li ələkdən keçirdikdə alınan qalıq 15 %-dən 
çox  olmasın.  Ümumiyyətlə,  əhəng-putsolan  sementinin  aktivliyi  çox 
olsun deyə o, daha narın üyüdülməlidir. 
Əhəng-putsolan  sementi  əsasən  yeraltı  və  sualtı  şəraitdə  is-
tismar  edilən  aşağı  markalı  beton  və  məhlullar,  habelə  istilik-nəm 
şəraitində  yüksək  təzyiq  altında  bərkiyən  beton  daşlar  üçün  işlədilir. 
Ondan yerüstü tikintilərdə də istifadə etmək olar. Bu şərtlə ki, bərkimə 
dövründə mümkün qədər uzunmüddət nəm şərait yaradılsın. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin