N. M. AĞABƏyli


Azbestsement  məmulatlarının  istehsalı  üçün  portlandse-



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə136/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   132   133   134   135   136   137   138   139   ...   148
İnşaat Materialları (e-book az)

  Azbestsement  məmulatlarının  istehsalı  üçün  portlandse-
ment.  Portlandsementin  azbest-sement  məmulatlarının  istehsalında 
tətbiqi bir sıra xüsusiyyətlərlə xarakterizə edilir. 


 
 
 
 
132 
132 
Azbestsement  məmulatlarının  hazırlanması  zamanı  sementin 
hidratasiyasının başlanğıcı çoxlu su tələb edir. Istehsal prosesində isə 
tərkibində  çoxlu  miqdarda  su  olan  azbest-sement  kütləsini  susuz-
laşdırmaq,  yəni  suyun  xeyli  hissəsini  sıxaraq  çıxartmaq  lazımdır.  Bu 
halda  sementin  hissəciklərinin  azbest  lifləri  üzərində  olması  üçün 
onlar  kifayət  qədər  narın  olmalıdır.  Narınlıq  artdıqca  sementin 
hidratasiya  və  azbest  lifləri  ilə  birləşmə  qabiliyyəti  artır,  lakin  çox 
narın sementin (xüsusi səthi 3200 sm
2
/q-dan çox olduqda) susaxlama 
qabiliyyəti də artır ki, bu da azbest-sement məmulatının susuzlaşdırma 
və sıxlaşdırma prosesini çətinləşdirir. 
Sementin  tutmasının  başlanğıcı  1,5  saatdan  tez,  sonu  isə  12 
saatdan gec olmamalıdır. 
Azbest-sement  məmulatlarının  istehsalında  işlədilən  sementin 
markaları  400  və  500-dür.  Bu  markalar  üçün  əyilmədə  möhkəmlik 
həddi 7 gündən sonra 4,3 və 4,7 MPa-dan, 28 gündən sonra isə 5,5 və 
6 MPa-dan az olmamalıdır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin