N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə132/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   128   129   130   131   132   133   134   135   ...   148
İnşaat Materialları (e-book az)

  Hidrofob  portlandsement.  Adi  portlandsement  klinkeri  ilə 
səthi-aktiv  hidrofob  əlavələrin  birgə  üyüdülməsindən  alınan  sementə 
hidrofob portlandsement deyilir. Hidrofob əlavə olaraq asidol, asidol-
mılonaft, mılonaft və silisiumlu üzvi maddələr götürülür. 
Mılonaft 

  suda  həll  olmayan  üzvi  turşuların  natrium  duz-
larından  ibarət  mayeyə  oxşar  maddədir.  Bu  üzvi  turşular  neft  dis-
tilyatlarının  (ağ  neft,  solyar  yağı  və  s.)  qələvilərlə  təmizlənməsi 
zamanı alınan tullantılardan çıxarılır.  
Asidol 

  neft  turşuları  qarışığından  ibarət  qatı  mayedir.  Bu 
turşular yağ və solyar neft distilyatlarının təmizlənməsi zamanı qələvi 
tullantılardan çıxarılır. 
Asidol-mılonaft 

 suda həll olmayan naften turşuları və onların 
natrium duzlarının qarışığından ibarət mayeyə oxşar maddədir. 


 
 
 
 
130 
130 
Silisiumlu üzvi birləşmələrdən hidrofob əlavələr olaraq natrium 
metilsilikonat və natrium etilqlükonatdan istifadə edilir. Bu maddələr 
digər silisiumlu üzvi birləşmələrin tullantılarından alınır.  
Hidrofob  əlavələr  sementin  kütləsinin  0,06

0,30  %-i  miqda-
rında götürülür. 
Hidrofob  əlavələrin  ən  xırda  hissəcikləri  sementin  dənələri 
üzərində adsorbsiya xassəli pərdə əmələ gətirir. Həmin pərdə sementin 
su  ilə  islanma  qabiliyyətini  azaldır  və  bununla  onu  nəm  şəraitdə 
daşıdıqda və ya uzun müddət saxladıqda xarab olmaqdan qoruyur. 
Hidrofob  portlandsementdən  hidrotexniki  tikintilərdə,  yol  və 
aerodrom  örtüklərində  və  digər  tikintilərdə  istifadə  etmək  daha 
məqsədəuyğundur. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin