N. M. AĞABƏyli


Sukeçirməyən genişlənən sement



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə145/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   148
İnşaat Materialları (e-book az)

Sukeçirməyən genişlənən sement. Müəyyən nisbətdə götürül-
müş  alüminat  sementi,  gips  və  yüksəkəsaslı  kalsium  hidroalüminat 
komponentinin  birlikdə  yaxud  ayrıca  üyüdülərək  mükəmməl  surətdə 
qarışdırılmasından alınan teztutan və tezbərkiyən hidravlik yapışdırıcı 
maddəyə  sukeçirməyən  genişlənən  sement  deyilir.  Bu  sementin 
optimal  tərkibi  70

76  %  alüminat  sementi,  20

22  %  gips,  10

11  % 
yüksəkəsaslı kalsium hidroalüminatdan ibarətdir.  
Sukeçirməyən  genişlənən  sementin  bərkiməsi  aşağıdakı  reak-
siya üzrə gedir: 
4CaO

Al
2
O
3

12H
2
O + 3(CaSO
4

2H
2
O) + 13H
2
O = 
=3CaO

Al
2
O
3

3CaSO
4

31H
2
O + Ca(OH)
2

Məlum  olduğu kimi bu birləşmənin tərkibində çoxlu miqdarda 
kristallik su olduğundan həcmini xeyli artırır. 
Sukeçirməyən  genişlənən  sementin  sıxılmada  möhkəmlik  həd-
dini  tapmaq  üçün  normal  qatılıqlı  sement  xəmirindən  20

20

20  mm 
ölçülü  kub  nümunələr  hazırlanır.  Nümunələrin  sıxılmada  möhkəmlik 
həddi 6 saatdan sonra 30 MPa-dan, 28 gündən sonra isə 50 MPa-dan 


 
 
 
 
141 
141 
az  olmamalıdır.  24  saatdan  sonra  nümunələr  0,6  MPa  təzyiq  altında 
tam  sukeçirməyən  olmalıdır.  Sementin  genişlənməsi  ilk  1

3  gündə 
müşahidə edilir. Nisbi xətti genişlənməsi 0,02

1,0 %-dir. Bu sementin 
həqiqi sıxlığı 2850

2870, tökmə sıxlığı isə 1400 kq/m
3
-dur. 
Sukeçirməyən  genişlənən  sement  əsasən  boru  və  buna  oxşar 
elementlərin  birləşmə  yerlərini  doldurmaq  və  hidroizolyasiya  etmək, 
dəmir-beton  konstruksiyalarında  özül  boltlarını  bərkitmək  üçün 
işlədilir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin