N. M. AĞABƏyli


Portlandsementin korroziyası



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə126/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   148
İnşaat Materialları (e-book az)

 
Portlandsementin korroziyası 
Aqressiv təsirlər zamanı sementin möhkəmliyi azalır, bəzən isə  
qismən və ya tamamilə dağılır. Sementin müxtəlif aqressiv  təsirlərdən 
dağılmasına korroziya deyilir.  
Aqressiv tərkibli su və ya qaz betondan süzüldükdə,  habelə be-
ton  dövri  olaraq  donma  və  donu  açılma,  nəmlənmə  və  quruma  təsir-
lərinə məruz qaldıqda korroziya prosesi sürətlənir.  
Sement daşının su mühitində korroziyası üç növə bölünür. 
Birinci  növ  korroziya.  Bu  növ  korroziya  codluğu  az  olan 
(yumşaq) suların təsirindən meydana çıxır. Bu cür sulara yağış, qar və 
dağ çaylarının suları, bataqlıq suları və s. sular aiddir. 
Qeyd  edildiyi  kimi  portlandsementin  hidratasiyası  zamanı 
Ca(OH)
2
  alınır.  Əhəngin  suda  az  həll  olmasına baxmayaraq, axar  su-
ların təsiri ilə sement daşından çoxlu miqdarda əhəng yuyulub aparıla 
bilər.  Əhəngin  yuyulması  nəticəsində  sement  daşı  məsaməli  olur  və 
möhkəmliyinin  bir  hissəsini  itirir.  Birinci  növ  korroziya  sement 
daşından  Ca(OH)
2
-in 
(qələvinin) 
yuyulması  nəticəsində  baş 
verdiyindən  belə  korroziyaya  qələvisizləşdirilmə  korroziyası  da 
deyilir. 1

3 ay bərkimə dövründə sement daşındakı sərbəst Ca(OH)
2
-
in  miqdarı  10

15  %-ə  çatır  (CaO-ə  hesab  edilməklə).  Onun  yuyulub 
çıxarılması  və  CaO-in  qatılığının  aşağı  düşməsi  nəticəsində  kalsium 
hidrosilikatların və hidroalüminatların parçalanması baş verir. Sement 
daşından  15

30  %  (digər  silikat  birləşmələrinin  hesabına)  Ca(OH)
2
 
yuyulduqda  onun  möhkəmliyi  40

50  %  və  daha  çox  aşağı  düşür. 
Bunu betonun səthində ağ ləkələrin meydana çıxması ilə görmək olar. 
Beton  havada  bərkidikdə  onun  tərkibində  olan  sərbəst  əhəng 
havanın karbon qazı ilə birləşərək kalsium-karbonat əmələ gətirir: 
Ca(OH)
2
 + CO
2
 = CaCO
3
 + H
2
O. 
Betonun  səthində  əmələ  gəlmiş  CaCO
3
  qabığının  nazik  olma-
sına  baxmayaraq,  mühafizəedici  kimi  əhəngin  yuyulub  çıxarılmasına 


 
 
 
 
125 
125 
maneə  törədir,  çünki  kalsium-karbonat  təmiz  suda  əhəngə  nisbətən 
təxminən 100 dəfə az həll olur. Buna görə su tikintilərində işlədiləcək 
beton blokları və svayları bir neçə ay açıq havada saxlamaqla onların 
suların təsirinə qarşı davamlılığını artırmaq mümkün olur. 
Sementin  şirin  suların  təsirinə  qarşı  davamlılığını  artırmaq 
məqsədilə ona aktiv mineral əlavələr qarışdırırlar. Bu əlavələrin (do-
lomit, trepel və s.) tərkibindəki amorf SiO
2
  sərbəst əhənglə birləşərək 
suda az həll olan kalsium hidrosilikatlar əmələ gətirir: 
Ca(OH)
2
 + SiO
2
 + mH
2
O = CaO

SiO
2

mH
2
O. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin