120
120
daxilinə çətinliklə keçir. Buna görə də su ilə klinker mineralları
arasındakı qarşılıqlı əlaqə tədricən gedir.
Məhlul tamam doyduğu vaxt ayrılan hidrat birləşmələri daha
həll olmur, gel halında olur.
Beləliklə, gelin əmələ gəlməsi, onun kristallaşması və sıx-
laşması, habelə sərbəst əhəngin karbonlaşması nəticəsində port-
landsement xəmiri yüksəkmöhkəmlikli süni sement daşı halına keçir.
Bu proseslər əvvəl tez, sonra isə tədricən gedir. Buna görə də sementin
möhkəmliyi birinci 3
7 gündə çox, sonralar isə tədricən artır, 3 aydan
sonra isə çox az artır.
Portlandsementdə klinkerlə yanaşı gips və aktiv mineral əla-
vələrin olması sement xəmirinin bərkimə sürətini və sement daşının
tərkibini dəyişdirir.
Klinkerə qatılan gips daşının miqdarı klinkerin tərkibində olan
üçkalsiumlu alüminat mineralının miqdarı ilə əlaqələndirilməlidir.
Gips daşının miqdarı az olarsa, onda sement xəmirinin vaxtından
əvvəl tutması baş verir, çox olduqda isə sement sulfatların təsirinə
davamsız olur (sulfat korroziyası baş verir). Buna görə
portlandsementdə gips daşının SO
3
-ə hesablanmış miqdarı 1,5
3,5 %
olmalıdır.
Sementin bərkiməsini tezləşdirməkdən ötrü tətbiq olunan üsul-
lardan ən əhəmiyyətlisi istilik-nəm şəraitinin yaradılmasıdır. Sement
məmulatlarını təzyiqsiz buxarla 70
90
0
C temperaturda 12
18 saat
emal etdikdə onların möhkəmliyi normal bərkimədə 30 gündən sonra-
kı möhkəmliyinin 75
90 %-ni, 6
8 saat təzyiqli buxarla emal etdikdə
isə 100 %-dən çox möhkəmliyini əldə edir.
Dostları ilə paylaş: