Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə13/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
OTM (mühazirə mətnləri) yeni

Fərdi iş forması dedikdə, dərs zamanı müəllimin şagirdə fərdi yanaşması, onunla ayrılıqda məşğul olması başa düşülür. Bu zaman uşaq öz fikirlərini heç kimdən çəkinmədən müstəqil söyləyə bilir. Bu iş forması əsasən valideynin öz övladı ilə evdə fərdi məşğul olması üçün daha yararlıdır. Cütlərlə iş forması da interaktiv metodların tətbiqi zamanı mühüm əhəmiyyət kəsb edir. Bu iş forması şagirdlərin cüt-cüt, yəni iki-iki işləməsini təmin edir. Cütlərlə iş forması zamanı şagirdlər birgə fəaliyyətə qoşulur, bir-birinə kömək edirlər. Burada əsas məqsəd şagirdlərdə:

  • hər hansı bir tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir-birinə kömək etmələri;

  • öz işlərinin (sinif və ya ev tapşırıqlarının nəticələri barədə fikir mübadiləsi aparmaları;

  • qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirmələrni formalaşdırmaqdır.

Bu iş formasının tətbiqi zamanı şagirdlər bir-birilərini dinləməyi, fikirlərini müqayisə etməyi, bir-biri ilə əlaqələndirməyi öyrənirlər. Bu onlara bir-birini daha yaxşı başa düşməyə, əməkdaşıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır.
Cütlərlə iş zamanı müəllim cütlərə müxtəlif hekayə verə bilər və o hekayəni oxuyub oradakı əsas mənanı, açar sözləri tapmağı tapşıra bilər. Ya da həmin hekayənin sonunu tamamlamağı şagirdlərə tapşıra bilər.
Qruplarla iş də böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, fəal təlimin əsas iş forması elə qruplarla işdir. Qrup şəklində iş bir neçə şagirdin hansısa problemin həllinə yönəldilmiş birgə, uzlaşdırılmı fəaliyyətidir. Qruplarla işin iki növü var:

  • böyük qruplarla iş (8-10 nəfər)

  • kiçik qruplarla iş ( 4-5 nəfər)

Oxu dərslərində interaktiv metodların tətbiqi zamanı kiçik qruplarla iş formasından istifadə daha məqsədəuyğundur. Qruplarla iş forması interaktiv metodlarla keçirilən dərslərin demək olar ki, hər bir hissəsinin uğurla keçməsinə şərait yaradan əsas amildir.
Qrup işində öyrədici, tərbiyəvi, inkişafetdirici mühit yaratmaq əsas şərtdir. Tədqiqat aparılmasına imkan yaratmaq, fəallıq, müxtəlif iş formalarından istifadə imkanı, bir-birini dinləmək bacarığı, adaptasiya qabiliyyəti, yaradıcılıq, qısa müddətdə daha çox materialın öyrənilməsi imkanı, təhliletmə və nəticə çıxarma bacarığı, müstəqil tədqiqat aparmaq, təfəkkürün inkişafı, öz fikrini çatdırmaq imkanı və s. kimi məqsədlər, vəzifələr, qabiliyyətlər şagirdlərin inkişafı üçün zəruri imkanlar yaradır.
Bütün bunlarla belə qrup işindən istifadə zamanı müəyyən problemlər də yarana bilər. Onlar əsasən aşağıdakılardır: müəllim qruplara bölmənin əsasını bilmir, təşkilati proseslər dərsin vaxtını alır, səs-küyün aradan qaldırılması alınmır, bütün sinfi idarə etmək üçün diqqətini paylaşdıra bilmir, qrup iştirakçıları arasında iş əməkdaşlıq əsasında qurulmur, şagirdlər işi düzgün istiqamətdə etmirlər, şagirdlər işi əyləncə kimi qavrayırlar, çoxlu sayda kağız istifadə olunur, qrup işi üçün materialların azlığı problemi ilə bağlı şagirdlər məqsədyönlü işləyə bilmir, fikirləri dağılır, işi qısa müddətdə həyata keçirə bilmirlər, ya passiv olmağa alışıb, ya da həddindən artıq fəaldır, bəzi şagirdləri qrupa qəbul etmirlər, və s.
Qeyd edilən problemlərin yaşanmaması, qrupda işin müvəffəqiyyətlə keçməsi üçün müəllim aşağıdakı prinsiplərə riayət etməlidir:

  • işin təşkilini dəqiq fikirləşməli;

  • qrup işinin qaydalarını uşaqlara başa salmalı;

  • qrup işinin məqsədlərini tam təsəvvür etməli;

  • iş üçün lazım olan materialları əvvəlcədən hazırlamalı;

  • qrupda iş qaydalarına riayət edilməsinə nəzarət etməlidir.

Qruplarla iş müxtəlif variantlarda həyata keçirilə bilər:

  • Yaradılmış kiçik qruplar eyni mövzu üzərində müxtəlif materiallarla işləyirlər.

  • Material qruplar arasında bölüşdürülmək üçün böyük deyilsə, bütün qruplar eyni vaxtda eyni materialla işləyir.

  • Eyni material üzərində qruplar növbə ilə işləyirlər.

Yuxarıda qeyd etdiyimiz qrup işinin müxtəlif variantları müəyyən şəraitdən asılı olaraq uyğun variantın işlədilməsi ilə mövzunun şagirdlər tərəfindən daha dərindən başa düşülməsi, öyrənilməsinə zəmin yaradır. Bu mənada qrupda iş müstəqil öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimin fərdiləşdirilməsinə imkan yaradır və tam mənada şagirdlərin özünü şəxsiyyət kimi hiss etməsinə imkan verir.
Qrupda işin müəyyən üstünlükləri də vardır və onlar əsasən aşağıdakılardır:

  • İstedadlı şagirdlər öz qabiliyyətlərini ustalıqla göstərə bilirlər.

  • Passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olunur, qrupda iş onlarda məsuliyyət hissi yaradır.

  • şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsindən yanaşmağı öyrənirlər.

Qrup işinin üstünlükləri qrupda işin necə aparılmasından əsaslı surətdə asılıdır. Qrupda işi əsasən aşağıdakı kimi aparmaq olar:
1. Sinifdə şagirdləri 4-6 qrupa bölürük. (hər qrupda 4-6 nəfər olmaqla)
2. Sonra qruplar ayrı-ayrı masalar ətrafında əyləşirlər.
3. Qrupların tərkibi müxtəlif olmalıdır. Çalışmaq lazımdır ki, dostların eyni qrupa düşməsinə, “yaxşı” və “pis” qrupların yaradılmasına yol verilməsin.
4. Bütün dərs ili boyu eyni tərkibli qrupların yaranmasına imkan verilməməlidir. Bunun üçün qruplara bölmənin üsullarını hər dəfə dəyişmək lazımdır.
5. Müəllim müzakirə olunan mövzu ilə əlaqədar bir və ya iki sual qoyur, qrupun işinin nəticələrinin nümayişi üsullarını aydınlaşdırır, həmçinin işin görülməsi üçün vaxt müəyyən edir.
6. Şagirdlər işi təqdim etmək üçün öz aralarında bir nəfəri lider seçirlər, nəticə qeyd edilir və təqdim olunur.
7. Müəllim qrup işini müşahidə edir, özü üçün qeydlər aparır, suallara cavab verir, əlavə təlimatlar verir.
8. Verilmiş vaxt bitdikdən sonra müəllim qruplara işi dayandırmağı söyləyir və məruzəçilərdən öz işlərinin təqdimatını etməyi xahiş edir.
9. Müəllim ümumi müsahibəni idarə edir, qrupların işinin yekunlarını tutuşdurur və ümumiləşdirir, onları qiymətləndirir və s. şagirdləri qruplara bölmək üçün müəllim müxtəlif üsullardan istifadə edə bilər. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
• Rəqəmləri saymaqla (qrupun sayından asılı olaraq şagirdlər rəqəmləri saya görə sayırlar və eyni rəqəmi söyləyən şagirdlər eyni qrupda olurlar).
• Meyvə adları saymaqla (burada da eyni meyvələri söyləyən şagirdlər eyni qrupda olurlar).
• Həndəsi fiqurları paylamaqla (üçbucaq, kvadrat, dairə, kub və s.).
• Rəngli fiqurları paylamaqla (müxtəlif rənglərdə olan fiqurları seçən şagirdlər eyni qrupda olurlar – sarı, qırmızı, göy, yaşıl və s.).
• Fərqli konfetlər paylamaqla (əsasən ibtidai siniflərdə).
• Hər hansı bir şəklin hissələrinin yığılması ( hər iştirakçı eyni şəklə aid hissələri birləşdirir və eyni şəklin hissələrinin olduğu şagirdlər bir qrupda olurlar).
• Müxtəlif əşyaların paylanması (eyni əşyaları götürən şagirdlər bir qrupda formalaşır).
• Vərəqlərdə müxtəlif fənlərin adının yazılması ilə (oxu, riyaziyyat, Azərbaycan dili, təsviri incəsənər və s.).
• Heyvanların adlarını saymaqla (pişik, şir, dovşan və s.).
• Müxtəlif gülləri seçməklə (eyni gülü seçən şagirdlər 1 qrupda olur) və s.
Qruplara bölmənin üsulları çox müxtəlifdir. Qeyd etdiyimiz üsullar əsasən sadə üsullardır və ibtidai siniflərdə istifadə olunur. Ümumiyyətlə, “Azərbaycan dili” dərslərində interaktiv metodların tətbiqində göstərilən iş formaları dərs zamanı mövzuya giriş rolunu oynayaraq interaktiv dərsin formalaşmasına şərait yaradır. İş formalarından sonra dərsdə interaktiv təlim üsullarının tətbiqinə əsaslı zəmin yaranır. Qrup şəklində təlim “müəllim-şagird” dialoqundan imtina edilməsini və “müəllim qrup-şagird ”üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur. Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də:
• hər bir şagirdin idrak prosesini fəallaşdırır;
• hər bir uşağa öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir;
• şagirdlər problemin həllində müxtəlif baxışların, yanaşma və üsulların mövcudluğunu qəbul edir;
• öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk edir və qiymətləndirmə üçün əlverişli şərait yaradır.
Bu da öz növbəsində, bütün sinfin təlim prosesində öz bacarıqlarını həyata keçirməsi və nümayiş etdirməsi, özünə inamın artması, özünü tam dəyərli şəxsiyyət kimi dərk etməsi, problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması prinsipini mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir. Qrupda iş eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır.


Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin