Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


Bədii mətnlərin oxusu (Hekayə və nağılların oxusu)



Yüklə 131,95 Kb.
səhifə16/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
OTM (mühazirə mətnləri) yeni

Bədii mətnlərin oxusu (Hekayə və nağılların oxusu)

Şagirdlərin cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi formalaşmasının, mədəni cəhətdən yetkinliyinin meyarlarından biri olan oxu, nitq bacarıqlarına yiyələnməsi məktəb üçün ən vacib ümumpedaqoji problemlərdəndir. Ümumi təhsilin bütün səviyyələrinin, xüsusilə də, ibtidai təhsil səviyyəsinin əsas vəzifələrindən biri şagirdlərin həm şifahi, həm də yazılı nitq bacarıqlarını inkişaf etdirməkdir. İbtidai siniflərdə tədris olunan fənlər arasında Azərbaycan dili fənni ən vacib fənlərdən biridir. Bu fənnin başlıca məqsədlərindən biri də şagirdlərdə hərtərəfli oxu, nitq bacarıqlarını formalaşdırmaqdır. Şagirdlərin oxu mədəniyyətinin formalaşmasında, intellektual-mənəvi inkişafında bədii ədəbiyyatın çox böyük rolu vardır.
Bədii ədəbiyyat güclü təlim-tərbiyə vasitəsi olmaqla yanaşı, həmçinin nitq inkişafının əsasıdır. İbtidai sinif şagirdlərində əxlaqi vərdişlərin formalaşmasında, zəhmətə, biliyə və elmə həvəs yaradılmasında mühüm əhəmiyyət kəsb edən bədii ədəbiyyat, o cümlədən nitq inkişafı üçün də əvəzsiz rol oynayır. Belə ki, bədii əsərdə yazıçının söz ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, obrazlı və orijinal üsulda ifadə imkanına malikdir. O, sözlərin leksik-semantik zənginliyindən tutmuş intonasiya və ritm incəliklərinə qədər bütün dil vasitələrinə müraciət etməkdə sərbəstdir. Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin təkrarçılığa yol vermədən kəmiyyətcə çoxluğudur. Mükəmməl savada, daimi mütaliəyə və geniş dünyagörüşünə malik şəxsin söz ehtiyatı keyfiyyət və kəmiyyətcə çox zəngin olur. Odur ki, şair və yazıçıların bədii nitqinin zənginliyi məhz kiçikyaşlı məktəblilərin nitq inkişafına qida verən mənbədir. Uşaq poeziyasına diqqət və qayğı göstərən A.Şaiq, S.Vurğun, M.Müşfiq, M.Ə.Sabir, A.Səhhət, M.Seyidzadə, M.Dilbazi, O.Sərıvəlli, X.Əlibəyli və b. zəngin bədii irsi ibtidai sinif şagirdlərinin intellektual-mənəvi inkişafında mühüm vasitəsi kimi özünəməxsus yer tutur.
Ümumiyyətlə, şagird ana dilində yazılmış bədii əsərləri oxumaq və öyrənməklə öz zehnini yeni fikir, ideya, məfhum, təsəvvür və surətlərlə zənginləşdirir. Bədii mətnlər isə öz növbəsində nitq inkişafı üzrə aparılan işin metodik baxımdan daha səmərəli və keyfiyyətli qurmaq üçün əlverişli imkan yaradır. Bədii mətnlər ibtidai sinif şagirdlərinin hafizəsini, düşünmə qabiliyyətini, müəyyən hadisədən nəticə çıxarmaq, onu yekunlaşdırmaq, ümumuləşdirmək, digərindən fərqləndirə bilmək və s. idrak bacarıqlarını inkişaf etdirir.
Şagirdlər mətnlərdə cərəyan edən hadisələri bədii obrazların vasitəsi ilə daha səmərəli qavrayır. Hekayə, şeir, təmsil, nağıl və digər bədii nümunələrin təsiri nəticəsində uşaqların cəmiyyət və təbiətdən aldıqları təsəvvür və bilikləri daha da dəqiqləşir, nitqləri obrazlı ifadələr hesabına zənginləşir. Oxunan materialın məzmunu şagirdin yaddaşına bütövlükdə həkk olunur, o, bədii mətnin müxtəlif epizodlarını, ayrı-ayrı obrazlarını, onların hərəkətlərini, məntiqi ardıcıllıqla izləyir, təhlil edir, daxili məna əlaqələrini öyrənir və rabitəli nitqlə ardıcıl, bütün incəlikləri ilə verməyə çalışır.
Bədii mətnlər kiçikyaşlı məktəblilərə düzgün, obrazlı nitq nümunəsi verir, bu zəmində onların intellektual-mənəvi inkişafına şərait yaranır. Şagirdin intellektual inkişafı onu əhatə edən, varlıq, təbiət və texnika, cəmiyyət və elmin müxtəlif sahələri ilə bağlıdır. İbtidai siniflərdə şagirdlərin intellektual inkişafı üçün əsas vasitələrdən biri oxu mətnləridir, çünki şagird oxu materialları vasitəsi ilə təbiət və cəmiyyətin inkişafı haqqında biliklərə sahib olurlar, tarixi fakt və hadisələri öyrənir.
Azərbaycan dili (I-IV siniflər) kurikulumunun nəticəyönümlü xarakterinə uyğun olaraq şagird:
- mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;
- müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;
- oxuduğu mətnlərin məzmununa münasibət bildirir;
- mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir;
- bədii və elmi-kütləvi mətnləri fərqləndirir .
Yuxarıda qeyd etdiyimiz kimi, I-IV siniflərin “Azərbaycan dili” dərsliklərinə daxil edilən oxu materialları xarakterinə görə iki yerə bölmək olar:
1. Bədii mətnlər (nağıl, təmsil, hekayə, şeir);
2. İnformativ (məlumatlandırıcı, elmi-kütləvi) mətnlər (müxtəlif sahələr haqqında məlumat verən mətnlər).

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin