Mətndəki obraz və hadisələr haqqında mühakimə yürüdür.
1.2.1
İş forması
Üsullar
Resurslar
F-a inteqrasiya
böyük qrup
əqli hücum, müzakirə
şəkil, rəngli flamasterlər,
qələm, pozan və s.
H-b.: 2.3.4
Motivasiya. Qarışqa zəhmət çəkir, zülmlə özündən on dəfə ağır yükü yuvasına daşıyır. Yuvasına az qalmış bir sərçə onun dənini aparır. Sərçə pırıltı ilə uçanda bir budağa dəyib zədələnir.
Köməkçi sual: Bu hekayədə kimə yazığınız gəlir?
Tədqiqat sualı: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” misalı nə zaman söylənilir?
Tədqiqatın aparılması: Dərsliklə iş. İşĢ dəftəri, səh. 140-141
Nəticə: Başqasının əməyini mənimsəmək istəyən müftəxorlara heç kimin yazığı gəlmir.
Ev tapşırığı: Zəhmət və müftəxorluq haqqında atalar sözü tapıb yazın.
Qiymətləndirmə: Müzakirəyə əsasən aparılır.
“Dostlar səfərdə” ( 1 saat)
Gözlənilən şagird nailiyyətləri
Məzmun standartı
Verilmiş atalar sözlərindən mətnin məzmununa uyğun olanı seçməklə əsas fikri anladığını nümayiş etdirir.
2.2.4.
Mətndəki obraz və hadisələr haqqında mühakimə yürüdür
1.2.1
İş forması
Üsullar
Resurslar
F-a inteqrasiya
Böyük və kiçik qruplar
əqli hücum, diskussiya,
müzakirə
iş vərəqləri, qələm, pozan, marker,
yapışqan və s.
H-b.:2.1.2
Motivasiya. Atalar sözü var: Dostunu tanımaq üçün yola çıxmaq lazımdır. Bu atalar sözünü necə başa düşürsünüz?
Tədqiqat sualı: Dost necə olmalıdır? Fərziyələr dinlənilir.
Dərsliklə iş: Mətn dörd hissəyə bölünür. Hər qrup bir hissəni oxuyub təhlil edir. Həmin hissəyə şəkil də çəkilir. Qruplar mətnin ardıcıllığına uyğun tədqiqat aparırlar. Mətnin sonundakı suallar cavablandırılır.
Nəticə: Dost etibarlı, sadiq olmalı, həm yaxşı, həm də dar gündə dəstək olmalıdır.
Ev tapşırığı: Dostluq haqqında atalar sözləri tapıb yazın.
Qiymətləndirmə: Təqdimatlara əsasən aparılır.