Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 8. TƏRBİYƏVİ TƏSİRLƏRİN PSİXOLOJİ CƏHƏTDƏN ƏSASLANDIRILMASI



Yüklə 135,86 Kb.
səhifə24/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 8. TƏRBİYƏVİ TƏSİRLƏRİN PSİXOLOJİ CƏHƏTDƏN ƏSASLANDIRILMASI

PLAN:

1.Tərbiyəvi işin metodları və tərbiyədə məna maneələri

2. Tərbiyəvi işin formaları

3. "Çətin" uşaqların psixoloji xüsusiyyətləri

4. "Çətin" uşaqlarla aparılan işin formaları


  1. Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün psixoloji cəhətdən zəruri olan şərtlərdən biri tərbiyəvi işin forma və metodlarının düzgün seçilməsindən ibarətdir.Psixoloqlar tərbiyəvi metodları tətbiq edərkən aşağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər:

1/ tərbiyə olunan şagirdin yaş və fərdi xüsusiyyətləri;

2/ şagirdin daxil olduğu uşaq kollektivinin xüsusiyyətləri;

3/ tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait.

Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Psixoloqlar belə bir cəhətdən nəticə çıxarmışlar ki. tərbiyəvi tədbirin tətbiqi zamanı müəllim və tərbiyəçilər öz təsirlərində bir məna, şagirdlər isə başqa bir məna görürlər.

Yaşlılar uşaqlar arasında baş verən bu cür anlaşılmaq psixologiyada “məna maneəsi” adlanır. Bu cür “məna maneəsi”nin yaranması tərbiyəvi tədbirin təsir gücünü aradan qaldırır.

Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki. məna maneələrinin baş vermə səbəbini bilməyən və bu cür maneələrinin yaranmasının qarşısını almağa çalışmayan müəllimlər qarşısında qoyduqları vəzifələri həll etməkdə çətinlik çəkirlər.

Zahirən məna maneələri onunla xarakterizə olunur ki, sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona deyilən sözü yaxşı eşidir, hətta onu təkrar edə bilir. Lakin həmin sözün mənasını qavramır. Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi həm uşağın qarşısında hansı tələbi qoymasından asılı olmayaraq konkret adama münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq konkret tələbə münasibətdə özünü göstərə bilir. Konkret adama münasibətdə məna maneəsinin yaranması ən çox tərbiyəçi tərəfindən uşağın davranış motivinin nəzərə alınmaması, uşaqla olmayam motivi bir növ ona bağlamaq nəticəsində baş verir. Məsələn, şagird xəstəliyinə dərsdən gedir. Müəllim onu da dərsdən qaçan uşaqlarla birlikdə cəzalandırır. Bu hal bir neçə dəfə təkrar olunduqda şagirddə müəllimə qarşı məna maneəsi yaradır.

Nəticədə müəllimin ən ədalətli tələbi belə şagird tərəfindən ədalətsiz tələb kimi qarşılanır. Konkret adama qarşı məna maneəsi zamanı müəllim tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda şagirdin öz davranış motivini dərk edə bilməməsindən asılı olaraq da yarana bilər. Konkret tələbə münasibətdə özünü göstərən məna maneəsi tamamilə başqa səbəblərdən irəli gələ bilir. Məsələn, tərbiyəçi müsbət nəticə vermədiyi halda eyni tələbi dəfələrlə təkrar edir. Nəticədə bu tələblərə uşaq o qədər alışır ki, onu bir növ qavramamağa başlayır.

Təcrübə göstərir ki bu cür məna maneələrinin yaranması şagirdlərlə aparılan tərbiyə işinin çətinləşməsinə, bir növ nəticəsiz qalmasına səbəb olurş Ona görə də müəllim şagirdin rəftar və davranışının motivlərini, onun baxışlarını, münasibətlərinin qarşısını vaxtında ala bilsin.


  1. Məktəbdə şagirdlərlə aparılan tərbiyəvi işlərin mühüm yollarından biri əxlaqi söhbətlərdən ibarətdir. Əxlaqi söhbətlər zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır:

  • Əxlaqi söhbələrin məzmunu şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır.

  • Söhbət aparılan kollektivi, onların istiqamətini, qarşılıqlı münasibətini,

müəllimə münasibətini yaxşı bilmək və nəzərə almaq lazımdır.

  • Söhbət konkret bir səbəblə, ölkənin və kollektivin həyarında həyatında baş verən bir hadisə ilə, yeni kitab və ya kini-filmlə əlaqələndirərək onlarla bağlı şəkildə təşkil etmək zəruridir.

  • Söhbətə aydın, konkret misallardan başlamaq daha münasibdir. Söhbət zamanı şagirdlər üçün yeni olan inandıcı faktlardan, misallardan istifadə edilməlidir.

  • Əxlaqi söhbət zamanı şagirdlərdə maksimum fəallıq yaratmaq, onları canlı fikir mübadiləsinə cəlb etmək, onlarda fikir oyatmaq, əxlaq məsələləri üzərində düşünməyə məcbur etmək lazımdır.

  • Şagirdlərin şüuruna çatdırılan məsələlərin yaxşı əsaslandırılması da böyük əhəmiyyətə malikdir. Bu cəhətə əməl olunması xüsusilə də yetmələrlə iş zamanı çox zərurət təşkil edir.

  • Əxlaqi söhbət zamanı şagirdlərdə dərin və aydın emosiyaların yaranmasına nail olmaq lazımdır. Bu isə o zaman mümkün ola bilər ki, müəllim söhbəti etinasız, həvəssiz deyil, emosional və canlı keçirsin.

Şagirdlərin tərbiyəsində nəzərə alınması zəruri olan yollardan biri də müəllimin şəxsi nümunəsindən düzgün istifadə olunmasından ibarətdir. Kiçik məktəblilər çox vaxt müəllimi təqlid edir, ona oxşamağa çalışırlar. Lakin bəzən bunu şüursuz, düşünmədən edirlər. Yeniyetmələr çox vaxt nümunədən şüurlu olaraq istifadə edirlər. Yeniyetmələr böyüklərin hərəkət və davranışlarını təqlid etməyə cəhd göstərirlər. Ona görə də yeniyetmələrdə onları əhatə edən adamların davranışına qarşı kəskin maraq yaranır. Böyüklərin bu və ya digər keyfiyyətini şüurlu şəkildə təqlid edən yeniyetmə çox vaxt onların mənfi keyfiyyət və hərəkətlərini də təkrar edir. Məhz buna görə də müəllimin müsbət bir nümunə kimi təqdim etməsi zəruridir.

Şagirdlərin davranışını istiqamətləndirmənin ən təsirli yolları onun təriflənməsi və məzəmmət olunması, rəğbətləndirilməsi və cəzalandırılmasından ibarətdir. Təriflənmə, rəğbətləndirmə davranışın düzgün motiv və formalarını möhkəmləndirməyə xidmət edir. Məzəmmət və cəzalandırma isə mənfi təhriklərin və düzgün olmayan davranış formalarının qarşısını alır, onları ləngidir. Tərbiyə zamanı bunlardan düzgün istifadə olunmalıdır. Adətən şagirdlərin bu və ya digər davranış tərzi həddindən artıq şişirtdikdə onda yersiz bədgümanlıq, lovğalıq keyfiyyəti yarana bilər.

Məzəmmət və cəzalandırma da şagirdin günahının dərəcəsinə uyğun, ədalətli olmalıdır. Tərbiyəvi işin mühüm formalarından biri özünütərbiyədir.Tərbiyə psixolo- giyası və pedaqogikasının ən başlıca vəzifələrindən biri əxlaqi cəhətdən tərbiyəliliyin meyarlarının məzmununu aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin formalaşmasının güdişi haqqında tam dəqiq məlumat verə bilən metodlarla məlumatlandırmaqdan ibarətdir. Əxlaqi keyfiyyətlərin əsas meyarlarından biri əxlaqi tələbatların, hiss və adətlərin formalaşma səviyyəsindən ibarətdir. Şəxsiyyətin formalaşmasının və tərbiyəliliyinin mühüm meyarlarından biri də davranışın ixtiyarilik səviyyəsindən ibarətdir. İnsanın tərbiyəliliyinin mühüm meyarlarından biri onun davranışının ixtiyarilik səviyyəsindən, özünün tələbatlarına yiyələnmə səviyyəsindən ibarətdir.

Tərbiyəlilik insanın tələbatları ilə motivləşən davranış forması kimi özünü göstərə bilər, yalnız zahirən mənimsənilmiş davranış da ola bilər. İkinci halda isə şagirdlər təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların hamısına əməl edir, nəzarət olmadıqda isə müvafiq davranış tərzini yerinə yetirmirlər. Buradan aydın olur ki, müvafiq davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin adam bu sahədə tərbiyəli deyildir. Nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmağı tərbiyəliliyin mühüm meyarlarından biri hesab etmək olar. Kollektiv uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu oynayır. Uşaq kollektivini öz üzərinə qarşı tərbiyələndirici funksiyasını yerinə yetirir. Uşaqlar daha çox yoldaşları ilə qarşılıqlı əlaqədə olur, onları anlayır, onlarla asanlıqla razılığa gəlirlər. nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllimlər tərbiyəvi tədbirin təşkili zamanı kollektivin həmin imkanlarından lazımi dərəcədə istifadə etməlidir.
3. Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez “çətin” uşaqlar sözünə rast gəlmək olur. Müəllimlər çox vaxt bəzi uşaqların “çətinliyindən” şikayətlənirlər. Əksər hallarda “çətin” uşaqların sırasına söz baxmayan, tərs, intizamsız, kobud, yalançı, tənbəl kimi uşaqları daxil edir və bunları “assoail uşaqlar” kimi xarakterizə edirlər. Bu cür uşaqların pedaqoji baxımsızlığından irəli gəldiyini xüsusilə qeyd edirlər. Adətən “çətin” uşaqların xüsusiyyətləri daha çox yeniyetməlik dövründə özünü göstərir. Bu dövr uşaqlarda “çətinliyin” yaranmasına təkan verir.

Psixoloji tədqiqatlar “çətin” yeniyetmələrin dörd qrupunu müəyyənləşdirmək imkanı vermişdir: 1/ davranışındakı qüsurları onun emosional-iradi inkişaf səviyyəsi ilə şərtlənən yeniyetmə; 2/ pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi təsəvvürlərə yiyələnməyən yeniyetmə; 3/ əlverişli olmayan inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara bilməməsinin təsiri ilə “çətin” böyüyən yeniyetmə; 4/ uyğun gəlməyən münasibətlərlə şərtlənən və yaxud “xüsusi çətin tərbiyə olunanlar”.

Psixoloqlar emosional sahədə problemlərin olması ilə bağlı kiçik məktəb yaşı dövründə “çətin” uşaqların meydana gəldiyini də qeyd edirlər. Bununla bağlı olaraq “çətin” uşaqları üç qrupa ayırırlar: təcavüzkar uşaqlar; yüksək emosionallığa malik uşaqlar; hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxaq, həyəcanlı uşaqlar.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin