“SEVİL ANA VE QADIN KİMİ”
Selcan QAFFARLI
fidan.qafarli9696@mail.ru
AZƏRBAYCAN
“Biz danışrıq, eyni zamanda dinləyirik,
biz dinləyirik,amma bu susmaq üçün deyil”
"Sevil" əsərini oxuyarkən ilk səhvələrdə baş vərən hadisələrdən heyrətə gəlirdim. Bir
qadının bu qədər müti, itaətkar olması məni təəccübləndirir, həm də qəzəbimə səbəb olurdu.
Nə qədər avam, cahil, savadsız olsa belə bir qadın nə bu münasibətə layiqdir, nə də özü
kimlərəsə qul olmağa məhkumdur. Heç cür təsəvvür edə bilmirdim ki, bir qadının gözləri
baxa ancaq görməyə, dili olar lakin danışmaya. Qadın sırf qadın olduğundan, patriarxal
münasibətlərin hökmdarlığından evdə heç bir söz haqqı olmaya, nəinki söz haqqı hətta insan
münasibətindən məhrum ola. Əsəri oxuduqca içimdə Sevilə qarşı qəzəb qarışıq bir mərhəmət
hissi oyanırdı. Niyə o, Balaşa sözsüz tabe olurdu? Niyə onun qürurunu tapdamasına izn
verirdi? Sevilin hərəkətlərini hardasa anlayırdım ta ki, Dilbər onların evinə gələnədək.O
qadının ərinin məşuqəsi olduğunu anlmayacaq qədərmi avam idi Sevil? O, ərinin sözlərindən
açıq-aşkar anlamırdımı ki əri ondan utanır? arvadından, övladının anasından. Bir qadının, əri-
nin bu cür vulqar rəftarına, əxlaq çərçivəsinə sığmayan davranışlarına dözəcək qədər önəmli
nə idi? O sadəcə yazılmamış qanunlara riayət edirdi. bütün bunları o belə görmüşdü. Belə da-
vam edəcəyini inanırdı...
Əsərin girişi ile finalı bir-birinə zidd olan iki qadından bəhs edir. Mənim əsərin girişin-
də oxuduğum, mərhəmət qarışıq qəzəbimə səbəb olan yazıq, itaətkar Sevil getmiş yerinə, aya-
ğını yerə möhkəm basan, ərinin qarşısında dimdik ayaqda duran, güclü Sevil gəlmişdi.O,artıq
heç kimdən asılı olmayan qadın idi. Finalı bu cür oxuduqdan sonra, əslində, Sevilin məhz
əsərin əvvəlindən necə güclü olduğunu anladım. Güc fiziki vəziyyətdən yox, boyun əyməyən
iradədən əmələ gəlir. Güclü olmayan bir qadın çadrasını ata bilməzdi . Güclü olmayan qadın
əsərin sonundakı qadına çevrilə bilməzdi. Bir qadın ki, cadrasini atmaqla dövrə, insanlara
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
954
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
meydan oxuyur, o necə zəif ola bilərdi? O, öz gücünü ərinə sonsuz inamında, atasına,
qaynatasına qarşı qayğısında, övladına qarşı sevgisində gizlətmişdi. Əslində, əvvəldən də heç
də onun qulaqları kar, gözü kor deyilmiş. Qadın xislətinə mənsub dözümlülük, axarı olan
hadisələrin gedişini dəyişmək qorxusu onu susdururmuş. Eşitdiklərinin ona əzab verəcəyini
duyduğundan qulaqlarını həqiqətə bağlayırmış. “Əgər, eşidən qulaqlara sahibsək, Tanrı bizə
öz dilimizdə səslənəcək”. Sevil, ona səslənəni etdi. Onu bu vəziyyətə salan ilk bağdan azad
oldu. Çadrasını atdı. Bəzən məqsədə çatmaq üçün bəzi şeyləri fəda edəsən gərək. Sevil bu
yolda nə namusunu, nə mənliyini, fəda etdi. O, çadranı atmaqla ona irəli getməyə mane olan
divarı yıxdı. Hansı ki o divarın arxasından bir işiq sezilirdi.Və o işıq Sevili öz nuru ilə
aydınlatdı. Bu işıq , yeni bir gələcək işığı idi. Sevil iradəsilə, öz “məni”ni itirmədən bunlara
nail oldu.
”Gələcəkdə görmək istədiyimiz ən böyük dəyişiklik özümüz olmalıyıq”. Sevil də
dəyişdi. Dünyaya baxma pəncərsini. Bu dəyişiklik ona qələbə çalmaq üçün lazım idi. Dövrə,
insanlara, Balaşa. Bununla o yalnız yemək bişirmək, yaramadığını, Edilyalardan heç də geridə
qalmadığını göstərmək istəyirdi. Ən böyük qələbəsini də Balaşın qarşısına yeni Sevil olaraq
çıxmaqla, çaldı. Utandığı, qonaqların qarşısına çıxarmaqdan belə ar elədiyi qadın, indi Balaşın
qarşısına ona görə əsil “qadın”kimi çıxmışdı. O, qadınları ərinə sədaqətinə, analıq hissinə görə
yox, məhz bəzək düzəyi, cəmiyyətdəki mövqeyi ile ölçürdü. Sevil indi onun üçün əsil qadın
idi. Ona görə də Sevili görər-görməz,ondan əfv dilədi. Zira Sevil indi Edilyalar kimi
geyinmişdi, onlar kimi bəzənmişdi.
Sevilə ədəbiyyatımızda birmənalı münasibət bəsləmirlər. Ancaq mən birmənalı şəkildə
deyə bilərəm Sevilin mənəvi təmizliyi onun cismani təmizliyini qoruyub saxladı. Sevil öz
“məni”nə, ürəyinə, ən əsası “mən”indəki anaya xəyanət etməmişdi. Iffət, onun cevrəsinə divar
hörməklə də qorunmaz. Iffət qadının içində olmalıdı. Iffətin dəyər qazanması üçün qadın
bütün təhriklər qarşısında əxlaqi üstünlük sərgiləmilidir. Sevil bu üstünlüyü sərgilədi. Sevil
Balaşa göstərdi ki, cəmiyyətdə öz mövqeyini tutan, kubar qadın olmaq heç də cətin deyil.
Ancaq indi yenidən onun qadını olmaq artıq mümkün deyil.
Sevil bir qadın kimi ərinin üzərində qələbə çaldı. bir şeyi unutduq axı Sevil təkcə qadın
deyildi. O həm də ana idi…
”Qadın övladı olanadək qadındı, ancaq övladı olduqdan sonra artıq anadır. ”Ana
oduqdan sonra qadın olduğun ikinci plana keçir. Çünki qadınsansa yalnız özünə cavabdehsən.
Anasansa həm özünə, həm də övladına cavabdehsən. Dünyaya gətirdiyin övlad sənə
möhtacdır. Onun bütün həyatı sənin ovuclarının içindədir. Sən onun yanında olmağa
borclusan. Axı özü səndən onu dünyaya gətirməyi xahiş etməyib.Onu səndən aldığı sevgidən,
məhrum etməyə haqqın yoxdu. Gülüş ona baxa bilərdi, ancaq uşağa öz anasından daha yaxşı
heçkəs baxa bilməz. Bir övlad anasından başqa heçkəsdən o nəvazişi, görə bilməz. Ana
nəvazişini! Bir övlad ananın qoxusunu başqa kimdən ala bilər? Bir övlad anasından başqa
kimi ürək dolusu ”ana” deyə cağıra bilər?
Qadın, sən her şeyə qadirsen! Ancaq yola çıxanda arxanda buraxdığın kiçik qelb,
məhzun baxışalarla səni gözləyən bir cüt göz varsa onu gözlətməyə heç bir ananın haqqı
yoxdur. Her sey zamanında gözəldir. Zamansa dayanacağı olmayan qatardır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
955
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ NİTQ ETİKETLƏRINİN
BƏZİ SEMANTİK-STRUKTUR FƏRQLƏRİ
İlahə ƏLİYEVA
ADU
ilakhazabilovna@yahoo.com
AZƏRBAYCAN
Dil vahidləri və vasitələri dil sistemində müəyyən funksiyaları yerinə yetirir. Funksiya
ünsürün və ya elementin sistem daxilində müəyyən üsul və formada mövcud olması və bu
sistemə müəyyən şəkildə xidmət göstərməklə təyin olunur. Əgər bir tam kimi cümlənin
funksiyası onun kommunikativ təyinatı ilə bağlıdırsa, onun elementlərinin, tərkib hissələrinin
funksiyaları kommunikativ vahidi qurmaqdır. Cümlənin tərkib hissələrinin, ünsürlərinin kom-
binator imkanları cümlənin quruluşunda reallaşır. Cümlə əsas kommunikativ vahiddir. Bu kom-
munikativlik şərti cümləyə xas olan predikativlikdən irəli gəlir.
İngilis dilində nitq etiketində imperativlər, əmr cümlələri az işlənir. İmperativlər çox za-
man sual cümlələri ilə əvəzlənir. İngilis dilinin bu qəbildən olan etiket qəliblərinin hərfi tərcü-
məsi semantik baxımdan başqa cür qavranıla bilər.
Would you like to write this exercise? Bu cümlənin hərfi tərcüməsi belədir: “Siz bu
tapşırığı yazmaq istəyirsinizmi?” Belə suala birbaşa doğru cavab “Yox, istəmirəm” ola bilər.
Qeyd edilən halda adresatın ona olan müraciəti düzgün başa düşülməsi aşkara çıxır. Əslində,
yuxarıdakı etiket qəlibi “Zəhmət olmasa, bu tapşırığı yazın” kimi başa düşülməlidir.
Azərbaycan nitq etiketində imperativlik qeyd edilən tipli sual cümləsi ilə əvəz edilməsi
yoxdur. Belə hallarda əmr cümlələrinin işlədilməsi məqbuldur. Ən nəzakətli halda əmr cümlə-
lərinin əvvəlinə “xahiş edirəm” qəlibi artırılır. Yuxarıda ingilis dilində olan nitq etiketi konst-
ruksiyası Azərbaycan dilində “xahiş edirəm bu tapşırığı yazasınız” formasında olacaqdır.
Amerikalı biznesmen işə götürdüyü rus katibəsinin onun tapşırıqlarını yerinə yetirmə-
diyini narahat olur. Bu barədə dostuna danışanda məlum olur ki, o katibəsinə tapşırıq verərkən
imperativləri sual cümlələri ilə əvəz edirmiş. Could you possibly type these letters? - Siz bunu
çap edə bilərsinizmi? (Ola bilsin siz bunu çap edə bilərsiniz). Could you possibly trouble you
to take a moment to do it? Siz vaxt tapıb bu işi görə bilərsinizmi?
Rus dilinin nitq etiketində yuxarıdakı məzmunda olan cümlələr işin yerinə yetirilməsi-
nin o qədər də vacib olmadığını ona görə işdən ayrılmağın lazım gəlmədiyi kimi başa düşülür.
İngilis nitq etiketində istifadə olunan bu cür struktur-semantik formaların Azərbaycan
dilinə hərfi tərcüməsi anlaşılmayan və ya düzgün başa düşülməyən məna verir.
İngilis etiket qaydalarında müəllim şagirdə, valideyn uşağa və ya digər işin görülməsi
üçün əmr cümləsi ilə deyil sual cümləsi ilə müraciət edir. Məsələn, ata oğluna Could you
switch the television off? “Sən televizoru söndürə bilərsənmi? –deyə müraciət edir. Əgər bu
müraciətə reaksiya verilmirsə sonrakı müraciət You might like to switch the television off
now “sən indi telefizoru söndürməyi bacararsanmı?” sualı səslənir. Əgər bu dəfə də nəzərdə
tutulan iş görülmürsə Would you ever switch that television off? “Sən haçansa televizoru
söndürəcəksənmi?” sualı səslənir.
Azərbaycan dilində nə imperativlərin, nə də direktivlərin yumşaldılması, istəyin dolayı
yolla ifadə edilməsi geniş yayılmışdır. Azərbaycan dilində belə məqamlarda əmr cümləsindən
istifadə edilir. Məsələn: Televizoru söndür. Dur televizoru söndür və s.
Bu formalar etiket normalarını pozmur. Eyni xahiş bir qədər yad adama ünvanlandıqda
nitq etiketi normalarına görə əlavə nitq etiketi qəlibindən istifadə olunur. Məsələn, Zəhmət
olmasa televizoru söndür. Xahiş edirəm televizoru söndür. Əgər baxmırsansa, televizoru
söndür və s.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
956
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İngilis və Azərbaycan dillərində müxtəlif şəraitlərdə istifadə olunan nitq etiketi qəliblə-
rinin struktur-semantik təhlili onların fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir.
Məsələn, restoran və kafedə ofisiantla dialoqda istifadə edilən nitq etiketi formalarında ingilis
dilində sual formaları əsas hissəni təşkil edir. İngilis nitq etiketində ofisianta müraciətlə “Bring
me the menu, please” müraciəti edilir. İngilis nitq etiketində bu məqamda “May/Can/Could I
see the menu please?” sintaktik konstruksiyasından istifadə olunur. Azərbaycan dilində “men-
yunu gətirin”, “Zəhmət olmasa, menyunu gətirin”, “Menyunu olarmı?” kimi formalar işlədilir.
Bu formaların heç biri etiket normalarını pozmur. Onların bir-biri ilə müqayisəli bir formanın
digəri ilə müqayisədə qismən nəzakətli, qismən hörmətlə deyilmiş forma olduğu aydınlaşır.
İngilislərdə valideynlər uşağa iş tapşıranda sual cümlələrindən daha çox istifadə edirlər.
Would you go down to the shop for me? / Will you run down to the shop, please? / Could you
possibly go to the shop? / Would you mind popping down to the shop?
Bu formaların aşağıdakı hərfi tərcüməsi vardır: Mənim üçün mağazaya gedərsənmi?
Mağazaya getməzdin? Bəlkə mağazaya gedə bilərsən? Mağazaya getməyə etiraz etməzsən?
Azərbaycan dilində daha çox “mağazaya get”, “qaç mağazaya” formaları, nadir hallarda
“xahiş edirəm, mağazaya get” konstruksiyası qeydə alınır. Qadağan olunmuş yerdə saxlanmış
maşının sürücüsünə yol müfəttişi ingilis etiket qaydalarına görə belə müraciət edir: Could you
please move your car? / Would you please move it? / Would you mind moving it
please?Maşının yerini dəyişdirməzdinizmi? Maşının yerini dəyişməyə etiraz etmirsiniz ki?
Beləliklə, ingilis və Azərbaycan dili etiket normalarına görə istifadə edilən etiket
formalarına aid imperativ və direktivlərin işlənməsində struktur-semantik fərqlər vardır.
İngilis dilinin nitq etiketində istifadə olunan kommunikativlərdə kommunikantlar müsahibə
təsiri azaltmağa, minimallaşdırmağa çalışırlar. Bu zaman onlar dolayı hökmlərdən, əsas
məqsəddən yayındırıcı formalardan istifadə edirlər.
“KİTABİ-DƏDƏ QORQUD” OĞUZNAMƏLƏRİNDƏ
SOYLAMALAR PROBLEMİ
Aygül AĞAYARLI (QURBANOVA)
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
aygul12@box.az
AZƏRBAYCAN
Dilinin və poetik strukturunun zənginliyi ilə daima araşdırıcıların diqqət mərkəzində
olan “Kitabi-Dədə Qorqud” oğuznamələri ilə bağlı kifayət qədər tədqiqat əsərləri meydana
çıxsa da, bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Bu problemlərdən biri də oğuzna-
mələrdəki soylamalarla bağlıdır. Belə ki, “Kitabi-Dədə Qorqud” boylarındakı soylamaların
sərhəddinin dəqiq müəyyənləşdirilməməsi nəticəsində çoxvariantlı nəşrlər meydana çıxmışdır
ki, bu da başlıca olaraq oğuznamələrin poetik forması ilə bağlı fikirlərin məhdudluğundan
irəli gəlir. Əlbəttə, bu sərhəddin müəyyənləşdirilməsi heç də asan məsələ deyildir, problemin
həlli üçün ilk növbədə hər bir boyun sistemli şəkildə araşdırılmağa ehtiyacı vardır. Çünki səthi
müşahidələrə əsaslanaraq “Kitabi-Dədə Qorqud” oğuznamələrindəki soylamaların xarakterik
xüsusiyyətlərini, mətnin başqa hissələrindən nə ilə fərqləndiyini, həmçinin ifa tərzini müəyyən
etmək mümkün deyildir.
“Kitabi-Dədə Qorqud”un bir çox nəşrlərinə müraciət etsək görərik ki, müəlliflərin soy-
lamalara olan münasibəti birmənalı deyildir. Belə ki, bəzi nəşrlərdə soylama kimi verilən his-
sələr digərlərində soylama kimi verilməmişdir. Bu da başlıca olaraq müəlliflərin məsələyə
subyektiv xarakterli münasibətindən irəli gəlir. Həmçinin soylamaların xarakterik özəlliklərinin,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
957
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
mahiyyətinin konkret olaraq müəyyənləşdirilməməsi də bu məsələ ilə məşğul olan tədqiqat-
çılar arasında fikir ayrılıqlarının yaranmasına gətirib çıxarmışdır ki, bu fikir ayrılıqlarının
nəticəsi olaraq meydana çıxan çoxvariantlı nəşrlərdə kəskin fərqlər müşahidə olunmaqdadır.
Deməli, bu problemin həllinə ilk növbədə “soylama nədir?” sualı ilə başlamaq lazımdır.
Məsələ burasındadır ki, bu sualın cavabı hər nə qədər asan görünsə də, indiyədək nəşr olunan
“Kitabi-Dədə Qorqud” mətnlərindən bir neçəsini (Məsələn, Samət Əlizadə, Orhan Şaik
Gökyay, Məhərrəm Erginin nəşrləri) diqqətli şəkildə nəzərdən keçirdikdə görürük ki,
soylamalara sadəcə “oğuznamələrin nəzmlə söylənilən hissələri” kimi tərif vermək bir qədər
çətinləşir. Belə ki, mətnlərin müqayisəsi zamanı belə bir mənzərənin şahidi oluruq ki,
müəlliflər bəzi hallarda soylamaları mətnin digər hissələrindən fərqləndirməmişlər, daha
dəqiq desək, əksər hallarda üzərində soylama yazılmayan, ancaq poetik forma etibarilə
soylamalarla eyni olan hissələrlə rastlaşırıq ki, bu da bir daha soylamaların bəzi müəlliflərin
iddia etdiyi kimi təkcə qopuzun müşayiəti ilə söylənilən parçalardan ibarət olması fikrini
təkzib edir. Mətnlərin müqayisəsi zamanı ortaya çıxan digər bir problem isə ondan ibarətdir
ki, soylama kimi verilən, lakin poetik forma etibarilə mətnin digər hissələrindən seçilməyən
parçalar qarşımıza çıxır. Deməli, soylamaların yalnız qəhrəmanların müraciətindən ibarət
olması fikri ilə də razılaşmaq olmaz. Bütün bu müşahidələr bir daha göstərir ki, soylamalar
nəzm parçaraları anlayışının çərçivələrindən kənara çıxaraq bir çox xarakterik xüsusiyyətləri
özündə cəmləşdirir. Soylamaların sadəcə bir xüsusiyyətə malik olduğu fikrini qəbul etsək,
əski oğuz şeirinin əhatə dairəsini məhdudlaşdırmış olarıq. Yuxarıda qeyd etdiyimiz məqamlar
da bu qənaətə gəlməyimizə əsas verir. Onu da nəzərə almaq lazımdır ki, soylamalarda həm
qəhrəmanların müraciəti var, həm qopuzla müşayiət olunma var, həm də tərif, öygü var,
soylamalar həcm etibarilə mətnin digər hissələrindən seçilsələr də, poetik forma etibarilə ilə
digər parçalarla həm fərqli, həm də ortaq xüsusiyyətlərə malikdirlər, soylamalar həm ritmik
nəsr, həm də mənsur şeir kimi oğuznamə mətnlərdə öz əksini tapır. Ən əsası isə “Kitabi-Dədə
Qorqud” boylarındakı soylamalar bu abidədən daha qədim olan türk poetik sisteminin
özəlliklərinin mühafizə olunduğu parçalardır. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, hər nə
qədər “Kitabi-Dədə Qorqud” oğuznamələrində nəzm və nəsrin nisbəti düzgün
müəyyənləşdirilməsə də, əksər hallarda soylamalar mətnin digər hissələrindən seçilir, lakin bu
da tam şəkildə soylamaların oğuznamə mətnlərindəki mövqeyini, sərhəddini müəyyən etməyə
imkan vermir. Bu problemin həllində başlıca meyar subyektivlikdən kənar tədqiqatların
aparılmasıdır. Yalnız obyektiv yanaşma və sistemli, ardıcıl şəkildə aparılan tədqiqatlarla
soylamaların “Kitabi-Dədə Qorqud” oğuznamələrindəki sərhəddini dəqiq şəkildə müəyyən
etmək olar. Bu məsələdə əsas istinad nöqtəsini də qeyd olunduğu kimi məhz oğuznamə
mətnləri təşkil etməlidir.
"KİTABİ DƏDƏ QORQUD" DASTANINDA SƏFƏR MOTİVİNİN
İŞLƏNMƏ ÖZƏLLİKLƏRİ("QAZAN BƏYİN OĞLU URUZ
BƏYİN DUSTAQ OLDUĞU BOY"un ƏSASINDA)
Nuranə KƏRİMOVA
AMEA Folklor İnstitutunun
qafarqafarov@gmail.com
AZƏRBAYCAN
Hər bir xalqın tarixi, həyat tərzi, fəlsəfi və bədii-estetik təfəkkürü onun poetik söz abi-
dələrində özünü əks etdirir. İllər boyu tədqiqat obyektinə çevrilmiş "Kitabi Dədə Qorqud"
eposu və onun süjet daxilindəki bir sıra motivləri xalqımızın qəhrəmanlıq şücaətinin gələcək
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
958
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
nəsillərə birbaşa ötürücüsüdür. Eposda çatdırılacaq ideya ilə sıx şəkildə əlaqəli olan səfər mo-
tivinin tədqiqata cəlb olunması və onun ayrı-ayrı boylarda müxtəlif təzahür formalarında inikas
olunmasının araşdırılması xüsusi önəm daşıyır. Səfər eposda ana motiv olub öz dominantlığı
ilə səciyyələnir və eyni zamanda, motivlər fəzası olmaqla tarixi düşüncəni epik ənənə ilə bağlayır.
Eposun hər bir boyunda səfər motivinə rast gəldik və onu daha dərindən tədqiq etmək
üçün boylara ayrı-ayrılıqda nəzər salmağı lazım bildik. Səfər motivi ilə zəngin olan "Qazan
bəyin oğlu Uruz bəyin dustaq olduğu boy"da sözügedən motivi şərtləndirən bir sıra detallar
vardır. Səfərə çıxmağa ilkin səbəb Uruz bəyin baş kəsib qan axıtmaması, ad qazanmaması və
ya başqa sözlə desək, kişilik statusuna keçməməsidir. Məlumdur ki, hər bir qəhrəman öz
igidliyini, əsasən, səfərlərdə göstərir. Bu səfərlərin hansı sonluqla yekunlaşacağını müəyyən
edən detallar sırasında isə səfərəçıxmada olan məqsəd önəmlidir. Məkan baxımından, kosmos
və xaos kimi iki qütbə ayrılan Oğuza və düşmən yurduna müəyyən ictimai toqquşmaları özün-
də əks etdirən bir neçə hərbi səfərlər edilir.
İlk səfərdə məqsəd ov ovlamaqdır. Təbii ki, ov ovlamaq özlüyündə müəyyən detalları
inikas etdirir. Bu kifayət qədər təhlükəli sayıla bilər. Ümumilikdə, sözügedən boyda edilən sə-
fərləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Qazan xan və oğlu Uruzun ov ovlamaq üçün düşmən sərhəddinə yaxın ərazilərə
səfəri. Qazan xan yeddi günlük azuqə ilə yola düşüb, oğlunu düşmən sərhəddinə, qılınc vurub
baş kəsdiyi yerlərə aparır. Ovdan sonra hər iki qəhrəman yuxuya gedir. Qəhrəmanın düşmən
sərhəddində yuxuya getməsi və onun əsir alınması motivinə irihəcmli epik folklor nümunələ-
rində dəfələrlə rast gəlmişik. Burada vertikal və horizantal istiqamətlərdə edilən səfərləri qeyd
etməliyik. Məlum olduğu kimi, hər iki qəhrəman horizantal istiqamətdə düşmən elinə səfər edir.
Belə səfərlərə eposun mətnində "aktiv" şəkildə rast gəlirik. Bu aktivlik dastan yaradıcılığı
ənənələrinin mifik görüşləri üstələməsində özünü əks etdirir. Vertikal şəkildə edilən səfər isə
passiv inikas zamanı yuxu vasitəsilə xaosa edilən səfərdir. Xaosa yuxu ilə edilən mifik səfər
qəhrəmanın irəlidə ağır sınaqlardan keçəcəyinə də işarə edir. Bu dünya ilə o biri dünya arasın-
da keçid funksiyasını daşıyan yuxu digər tərəfdən isə inisiasiya− ölüb-dirilmə prosesilə özünü
göstərir.
Beləliklə, Uruz kafir elində dustaq olur. Onun dustaq olması növbəti səfərlərə zəmin ya-
radır. Qazan xan bu hadisədən xəbərsiz şəkildə Oğuz elinə yola düşür.
2. Qazan xanın oğlunu xilas etmək üçün kafir elinə − Dərbəndə təkbaşına hərbi
səfəri. Qazan xanın ovdan oğulsuz gəlməsi Burla xatunu narahat edir. Bu hadisələr "Dirsə xan
oğlu Buğacın boyu"nu xatırladır. Belə ki, hər iki boy ovdan atanın oğulsuz geri qayıtması ilə
səciyyələnir. Qazan xan kafir elinə səfər edir. Bu səfərdə isə məqsəd Uruzu dustaqlıqdan xilas
etməkdir.
3. Burla xatunun kafir elinə səfəri. Xan qızı Qazan xanın gəlmədiyini görür və Qara
ayğırını çəkib düşmən elinə səfər edir. "Koroğlu" dastanında bəy qızlarının Çənlibelə səfər
etdiklərini görürük. Bu səfərlərin geri dönüşü olmadığından onları səfər deyil, köç adlandır-
maq daha doğru olardı. "Kitabi Dədə Qorqud" dastanında isə qadınlar qılınc oynadır və
kişilərlə birlikdə hərbi səfərlərə gedirlər.
4. Oğuz igidlərinin Dərbəndə səfəri. Eposda oğuz igidlərinin birliyi bu boyda da özü-
nü göstərir. Məhz bu birlik orta əsrlərin, eləcə də müasir dövrümüzün qəhrəmanlıq simvoluna
çevrilən "Koroğlu" dastanına trasnformasiya olunur. Belə ki, Koroğlunun Eyvaz, Dəmirçioğlu
və ya başqa igidləri dustaqlıqdan azad etmək üçün Çənlibeldən - kosmosdan düşmən elinə-
xaosa etdiyi səfərlər, eynilə Koroğlu darda olan zaman Çənlibel dəlilərinin Koroğlunu xilas
etmək üçün binasın qoyduqları səfərlər Oğuz igidlərinin səfər rituallarından qaynaqlanır və
onları xatırladır.
Nəhayət, belə qənaətə gələ bilərik ki, burada səfərlərin çoxluğu süjetdaxili ziddiyyətlər-
dən irəli gəlməkdədir. Qəhrəman kişilik statusuna keçmək üçün səfərlərdə müəyyən sınaqların
|