«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında


Azərbaycan Respublikasının Baş naziri



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
qazdan-istifade-qerar-80

Azərbaycan Respublikasının Baş naziri 

Artur RASİ-ZADƏ 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 

2011-ci il, № 5, maddə 452). 

17 fevral 2012-ci il tarixli, 40 nömrəli; 12 iyun 2013-cü il tarixli, 130 nömrəli; 24 

yanvar 2014-cü il tarixli, 20 nömrəli Qərarlara əsasən dəyişikliklərlə. 

 

Azərbaycan Respublikası  



Nazirlər Kabinetinin 

2011-ci il 12 may tarixli, 

80 nömrəli qərarı ilə  

təsdiq edilmişdir 


Qazdan istifadə Qaydaları 

1. Ümumi müdd

əalar 

1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa 

uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə 

münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən 

ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin 

ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

 

qaz paylayıcısı — alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu 

qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu 

fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs 

 

istehlakçı — alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və 

xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs 

 

qaz qurğusu — istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın 

yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı 

prosesində istifadə olunan, özündə qazdan istifadə göstəricilərini əks etdirən və 

uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğuları. 

Yaşayış sahələrində və ictimai binalarda məişət məqsədləri üçün, eləcə də həmin 

sahələrin və binaların qızdırılmasında və isti su təchizatında istifadə olunan və sənaye 

qurğusu hesab edilməyən qaz qurğuları məişət qurğularına aid edilir. 

Müxtəlif istehsalyönümlü texnoloji proseslərdə, mərkəzləşdirilmiş istilik və isti su 

təchizatında qazı yanacaq kimi istifadə edən və istilik gücü 100 kVt-ı keçən, eləcə də 

müxtəlif növ məhsulların istehsalında qazı xammal kimi istifadə edən qaz qurğuları 

sənaye qurğularına aid edilir; 

 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin