Neopozitivizm və onun mahiyyəti. Pozitivizm fransız dilində “positivus” sözündən müsbət olan, faydalı kimi tərcümə olunur. 1830-cu illərdə təşəkkül tapan bu cərəyana görə praktika həqiqi olanı müəyyənləşdirən əsas amildir. Yəni, gündəlik həyatda faydalı olan biliklər müxtəlif xüsusi elmlər tərəfindən yaradılır. Pozitivizm hər cür ümumiləşmiş fikirlərə qarşı çıxır, o cümlədən fəlsəfənin praktik əhəmiyyət daşımadıını qeyd edirlər. Oqyust Kont fəlsəfənin əvəzinə sosiologiya elmin təklif edir və göstərirdi ki, hər cəmiyyətin öz inkişaf qanunları (sosiologiyası) vardır.
Neopozitivizm –pozitivizmin müasir forması olmaqla əsas ideyası budur ki, reallıq haqqında bilik yalnız gündəlik və ya konkret elmi təfəkkürdə əldə edilir. Bu cərəyana görə, dünya fenomenlər toplusudur və buna görə də onu dərk etmək üçün hiss orqanları kifayətdir. Yəni, dünya hiss orqanlarına bəlli olan və onlarda verilən hissi məlumatlardan, müsbət, pozitiv faktlardan ibarətdir.
Praqmatizm fəlsəfi cərəyanı.Praqmatizm ABŞ da yaranıb və yunanca praqma sözündən iş, əməl mənası verir. Bu cərəyanın banisi Çarlz Pirsdir (1839– 1914) və əsas əsəri ««Praqmatizm» nədir?»dir. Praqmatiklər daim işə, əmələ üstünlük verir, nəzəriyyələrin əməli surətdə yoxlanılması zərurətini əsaslandırırdılar.
Praqmatiktlər «eksperimental məntiqdən» istifadə etməyi vacib hesab edirdilər. Praqmatiktlər fayda prinsipini mənəvi və praktiki fəaliyyətin bütün formalarına aid edirdilər.
U.Ceyms də Ç. Pirs kimi elm və dini barışdırmağa cəhd göstərmişdir. O materializmi və ondan çıxarılan ateizmi “qəmgin, qorxulu yuxuya bənzər dünyagörüşü” adlandırmışdır. Ceyms Allaha inamı “əxlaqi tətil” ilə müqayisə edir. Belə ki, daim yanımızda insanın planlarının gerçəkləşməsinə kömək edən, hər kəsi xidmətinə görə mükafatlandıran ali mövcudluğun olmasına inam həyatı yüngülləşdirir. Allaha inam faydalıdır: siz belə inamdan heç nə itirmirsiniz, lakin çox şey əldə edirsiniz. Bu inam sizə həyatınızda kömək edir. Ceyms inamı praqmatik başa düşür, Allahın mövcudluğu sübutolunmazdır, lakin faydalı fərziyyədir.
Bu təlimə görə insanın əsas vəzifəsi dünyada ən yaxşı yolu seçmək, praqmatizmin vəzifəsi ona bu işdə kömək etməkdir. Təfəkkür insana vəziyyətdən çıxmaq və müvəffəqiyyət qazanmaq bacarığını öyrədir.
Praqmatizmə görə, hər bir nəzəriyyənin həqiqiliyinin meyarı onun təcrübədə verdiyi faydadır. Praqmatiklərə görə, insanlar hər şeyə öz maraqları prizmasından yanaşırlar . Buna görə də, nəzəriyyələr insanları narahat edən məsələlərin həlli üçün vasitədən başqa bir şey deyil.
Bu konsepsiyanın tərəfdarlarına görə, nəzəriyyənin həqiqiliyinin yeganə meyarı təcrübədir. Yəni, əməldə sübut olunmayanın mötəbərliyindən danışmağa dəyməz.
Qermenevtika, yaxud hermenevtika yunanca izah etmək sözündən olub sənədlərin, mətnin, o cümlədən qədim mətnləri təhlil etmək mənasındadır. Məsələn qədim yunan mətnlərinin, eləcə də orta əsrlər dini mətnlərinin öyrənilməsi qeyd oluna bilər.