Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə36/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   56
mehtiyev (1) (2)

Həyat fəlsəfəsinin başlıca tezisi bundan ibarətdir ki, həyat ruha və materiyaya uyğun gəlməyən bir reallıqdır və intuitiv yolla qavranıla bilir. İntuitivizmi idrakın mü­kəm­məl üsulu kimi qəbul edən fəlsəfi təlimdir. Həyat fəl­sə­fəsi və intuitivizmin əsas nümayəndəsi Anri Berq­son­dur (1859-1941). Onun fikrincə, intuisiya həyatın mənası­nın izahında başlıca amildir. Yəni, intuisiya vasitəsilə qav­ranılanlar əsl həqiqəti təşkil edir və buna görə də, həya­tın mənasının izahında yalnız bu amilə əsaslanmaq lazımdır. O, insanı yaradan, dəyişdirən missiyaya malik varlıq kimi yüksək qiymətləndirirdi. Hesab edirdi ki, yaradıcı xüsusiyyət Tanrının insanlara hədiyyəsidir. Bu qabiliyyət seçilmiş insanlara xasdır və elita nəzəriy­yə­si­nin əsas müddəaları ilə adekvatdır.
Fenomenologiya insanın mövcudluğunun, idrakının ilkin əsaslarının müəyyənləşməsi ilə məşguldur. Başqa sözlə, insanın şüurunu, davranışlarını ayrılıqda öyrən­mə­yin əleyhinə olaraq insanın vahid sosial varlıq olaraq öyrənilməsini vacib sayırdı. Bu cərəyanın for­malaş­ması Edmund Husserl ilə əlaqələndirilir. O hesab edirdi ki, insan varlığının mahiyyətini yalnız fəlsəfə izah edə bi­lər. Bunu üçün isə təcrübəyə istinad zəruridir. Yəni, təc­rü­bə dünyanın mahiyyəti haqda düşüncələrin ilkin mən­bə­yidir. Ayrı-ayrılıqda fenomenlər daim mövcud olmuş­dur, buna görə də insanların dünyanı qavraması hadi­sə­lərə və faktlara əsaslanmışdır. Belə ki, insan dünyanı bü­tövlükdə görmür və faktlar, hadisə və proseslər əsasında dərk edir.
Rus fəlsəfəsinin müasir dövrünü səciyyələndirən əsas istiqamətlər iki yerə bölünür: slavyanofillər və qərb­çi­lər. Slavyanofillər rus xalqının ideya irsinin orijinal­lı­ğını önə çəkir, hesab edirdilər ki, ruslar və digər slavyan xalqları heç kimdən nümunə götürməməlidirlər. Milli üstünlük konsepsiyası irəli sürən slavyanofillərə görə, rus­lar dini əsaslarla yaşasalar həm özlərini, həm də yo­lun­dan sapmaqda olan bir çox Avropa xalqlarına nicat vermis olarlar. Onlar qərbçilərin Böyük Pyotrun Rusiyanı Avropa inkişaf yoluna çıxarması haqda tezisni absurd he­sab edərək provaslavlığa əsaslanan siyasi-mədəni orien­tasiyanı irəli sürürdülər.
Lev Tolstoyun əsərləri rus xalqının milli mənəvi dün­ya­sını öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, L. Tolstoy özünəməxsus dini-etik təlimin yaradıcısı ol­muş, xristianlığın mahiyyətinə yeni baxış ortaya qoy­muş­dur. O kilsənin bir sosial təsisat kimi xristianlığa ver­diyi simanı rədd etməyi, xristianlığın daxili saflığına mü­raciət etməyi lazım bilirdi. Xristian əxlaqı Tolstoya görə, sadə insanların timsalında saxlanılıb və hər hansı əla­və­lərə yəni, dini ayinlərə, rituallara gərək qalmır.
L.Tolstoy insanın daxili təmizlənməsi, beləliklə mü­kəm­məlləşməsi yolu ilə cəmiyyətin yeni keyfiyyətə adla­ma­sını zəruri hesab edirdi. Bu konteksdə mütəfəkkirin əbə­di dualizmlərdən olan Xeyir və Şərin mübarizəsini misal göstərib Xeyirin təntənəsinə ümid etməsi maraq doğurur. Bu maraq onda ifadə olunur ki, Tolstoya görə, həyatda hazır variantlar yoxdur, insan yalnız özünü tənqid və özünü təkmilləşdirməklə mənliyini Allaha ya­xın­laşdıra bilər. Onun “Allahın səltənəti qəlbimizdədir” əsəri bu fikirlərin yer aldığı monumental əsəridir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin