130 kər, spirt, şüşə, gündəlik həyatda, məişətdə rast gəldikləri və metallardan hazırlanmış
cisimlər olmalıdır).
Kimyanın təlim üsullarından ən vacibi dərsdə eksperimental məsələlərin şagirdlə-
rə həll etdirilməsidir. Bu mənada eksperimental məsələlər elə kimya məsələləridir ki, on-
ların qarşıya qoyduğu suala cavab vermək üçün şagird həm nəzəri biliyini praktik məsə-
lənin həllinə tətbiq etməyi, həm də müvafiq təcrübələr aparmağı bacarmalıdır. Dərs za-
manı kimya məsələlərini təcrübələr aparmaqla həll etdikdə, şagirdlərin fəallığı artmaqla
yanaşı, onların bacarıq və vərdişləri inkişaf edir. Yəni şagird nailiyyəti — bilik və baca-
rıqlar əsasında qazanılan dəyərlərdir.
Tədris prosesində müvəffəqiyyət qazanmaq üçün müxtəlif növ təlim üsullarının
tətbiqi, həm də həmin üsullardan səmərəli istifadə etmək çox böyük müsbət nəticə verir.
Eyni zamanda təlim üsullarından istifadə etməklə, bu üsullara aid olan tələbləri yerinə
yetirməklə, yəni təlim üsulunu seçdikdə tədris materialının məzmununa fikir vermək;
Şagirdlərin bilik səviyyəsi və hazırlığı;
Tətbiq olinan üsullar şagirdlərin dərketmə qabiliyyətinin istiqamətinə yönəl-
məlidir;
Şagirdlərin müşahidə etmək, fikirləşməklə müstəqil nəticə çıxarmaq bacarığı tərbi-
yə olunması vacibdir;
İş təcrübəsindən asılı olmayaraq, kimya müəllimləri yeni təlim üsullarından isti-
fadə etməklə, öz iş üsullarını yaxşılaşdırmalı, imkan olduqca təcrübə mübadiləsindən ge-
niş istifadə etməli və kimyaya aid olan metodik vəsaitlərdən istifadə etmələri vacibdir.
Çünki, gündən-günə inkişaf edən, daim irəliləyən həyatla ayaqlaşmaq üçün, kimya dərs-
lərinin düzgün təşkil edilib müasir tələblər səviyyəsində keçirilməsi vacibdir. Müəllim öz
işinə yaradıcı yanaşmaqla, kimya elminin nailiyyətlərini şagirdlərə çatdırmaqla yanaşı,
kimya metodikasının bir elm kimi irəliləməsinə nail olunar.
Məqsəd ondan ibarətdir ki, şagirdlərə kimyəvi bilikləri verməklə, onların həyata
hazırlanmasına nail olmaq, idrak qabiliyyətini gücləndirməkdən, bacarıq və vərdişlər aşı-
lamaqdan, həmin bilik və bacarıqların gələcək həyatlarında tətbiq etməyi bacarmalarına
nail olmaqdan ibarətdir. Kimyanın metodikası şagirdlərə kimyanı hansı əsas istiqamətdə
öyrətmək, nəyi öyrətmək, necə öyrətmək, nəyi tərbiyə etmək və necə tərbiyə etmək kimi
vəzifələri həll edir. Ona görə də birinci növbədə, şagirdlərə maddələr və onların çev-
rilməsi haqqında mühüm biliklərin öyrədilməsi, kimyəvi anlayışların mənimsənilməsi,
kimyanın qanunlarının və nəzəriyyələrinin mahiyyətinin geniş şəkildə öyrədilməsi, kimya
istehsalatının elmi əsaslarını, elmi-texnoloji və səmərəli təşkilat prinsiplərini öyrətmək
yollarə ilə şagirdləri tanış etmək, kimyanın qanunauyğunluqlarını müəyyənləşdirmək,
kimyanın tədrisini təkmilləşdirməyin nəzəri əsaslarını işləyib hazırlamaq, kimyanın təd-
risində təlim-tərbiyə prosesinin səviyyəsini daha da yüksəltmək, kimya fənninin tədrisi-
nin mühüm vəzifələrindəndir.
Təlim üsulları şagirdlərə kimyəvi elementlərin əsasını öyrənməklə yanaşı, öyrən-
diklərinin həyatla, istehsalatla əlaqələndirilməsini təmin etməklə, onlarda möhkəm əqidə,
inam və vətənpərvərlik hissi tərbiyə etməyə istiqamətlənməlidir;
Tədris prosesi zamanı istifadə olunan təlim üsulları yuxarıda qeyd etdiklərimizlə
yanaşı, sinifdə şagirdlər arasında yüksək əhval-ruhiyyə yaratmağa nail olarsa, nəticədə
keçirilən dərs müsbət nəticə verər.
Kimyanın tədrisinin xüsusiyyətlərindən biri də odur ki, şagirdlərə öyrədiləcək hər
hansı bilik, konkret təcrübələr üzərində öyrədilir və möhkəmləndirilir. Buna göə də kim-