Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə170/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   166   167   168   169   170   171   172   173   ...   298
Редаксийайа дахил олуб: 09.06.2015 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
129 
Müstəqil bilik əldə etmək vərdişlərinin formalaşmasında 
“öyrənməyi öyrətmək” təlim metodunun tətbiqi 
 
Алмара Щцмбятова 
«Партнер» Тядрис Мяркязинин кимйа мцяллими 
 
Ряйчиляр: пед.ц.ф.д., Н.Я.Абышов 
                 к.ц.е.д., дос.Б.Т.Усубалыйев 
 
Açar  sözlər:  kimyanın  tədrisi  metodikası,  dərsin  təşkili  və  idarə  olunması,  müs-
təqil  fəaliyyət,  müasir  təhsil,  idrak  fəallığı,  yaradıcı  təfəkkür,  fəal  təlim,  tədris  prosesi, 
eksperiment, təlim üsulları 
Ключевые слова: методика преподавания химии, организация и ведение урока, 
самостоятельная деятельность, познавательная активность, творческий разум, интерак-
тивное обучение, процесс преподавание, эксперимент, методу обучения 
Key  words:  The  technique  of  teachinq  of  chemistry,  organization  and 
management of the lesson, independent activity, cognitive activity, creative ming, active 
teaching, interactive learning, experiment, teaching methods 
 
Tədris proqramları dövlət sənədi kimi dəyərləndirilir. Belə ki, “ayrı-ayrı fənlərdən 
bilik,  bacarıq  və  vərdişlərin  həcmini,  mövzuları  tədris  edərkən  ardıcıllığı,  hər  bir  fənnə 
aid  bölmə  və  mövzulara  verilən  saatların  sayını  müəyyən  edən  dövlət  sənədinə  tədris 
proqramı deyilir”.  
Kurikulumlarda əks olunmuş təlim nəticələri elə ardıcıllıqla verilir ki, biri digərini 
tamamlayır  və  möhkəmləndirir.  Çünki,  fənn  kurikulumları  konseptual  sənəd  olduğuna 
görə, inteqrativ, qabaqlayıcı və s. xarakter daşıdıqlarından,bu təlim nəticələrinin vasitəsi 
ilə şagird şəxsiyyətinin formalaşması və inkişafı mümkün olur.  
İlk dəfə şagirdlər dərsdə kimyəvi elementlərlə tanış olurlar (məsələn: H, O, N, Na, 
K, Ca və.s.) və öyrənməyə başlayırlar; Kimyəvi elementlərin öyrənilməsində müəllim öz 
işinə  yaradıcı  yanaşaraq,  müxtəlif  üsul  və  metodlardan  istifadə  etməlidir.  Məsələn,  öz 
pedaqoji fəaliyyətimdə  mən şagirdlərə tapşırıq olaraq verirdim ki,  kardondan bir  az  iri 
yumru dairələr kəsib hazırlayın. Həmin dairələrin ortasında plamastırla kimyəvi elemen-
tin işarəsini yazmaq, elementin yuxarısında küncdə atom kütləsini, üstündə isə valentini 
qeyd edin. Şagirdlər evdə bu tapşırığı növbəti dərsə hazırlayıb gətirirdilər. Beləliklə qısa 
vaxt ərzində şagirdlər kimyəvi elementlərin həm işarəsini, həm valentini, həm də kütləsini 
öyrənirdilər və bununla da, onlara həm də müstəqil işləməyi öyrədirdim. 
Sonra şagirdlərə kimya dilində danışmağı öyrədirdim. Çünki, ilk dəfə olaraq kim-
ya dili ilə tanış olurlar, ona görə də çox diqqətli və məsuliyyətli yanaşaraq, kimyəvi ele-
mentlərlə yanaşı,kimyanın ilk əsas qanunlarını öyrədirdim. 
Maddələr  və  maddələrin  bir-birinə  çevrilməsini;  maddələrin  tərkibi  və  quruluşu 
haqqında müəyyən məlumatları şagirdlərə öyrətmək; 
Keçirilən mövzulara aid bir sıra laborator təcrübələri və praktik məşğələlər apar-
maq  vacibdir.  Çünki,  “Kimyəvi  çevrilmələr  aparmadan  və  onu  praktikada  görmədən 
kimyanı heç bir vəchlə öyrənmək olmaz”. (M. V. Lomonosov). 
Müəllim dərsin təchizatına ciddi fikir verməklə, adi həyatda şagirdlərə yaxşı tanış 
olan müxtəlif bəsit və mürəkkəb maddələrlə tanış edir. (məs: Fe, Cu, Al, xörək duzu, şə-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin