Редаксийайа дахил олуб: 09.06.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
129
Müstəqil bilik əldə etmək vərdişlərinin formalaşmasında
“öyrənməyi öyrətmək” təlim metodunun tətbiqi
Алмара Щцмбятова
«Партнер» Тядрис Мяркязинин кимйа мцяллими
Ряйчиляр: пед.ц.ф.д., Н.Я.Абышов
к.ц.е.д., дос.Б.Т.Усубалыйев
Açar sözlər: kimyanın tədrisi metodikası, dərsin təşkili və idarə olunması, müs-
təqil fəaliyyət, müasir təhsil, idrak fəallığı, yaradıcı təfəkkür, fəal təlim, tədris prosesi,
eksperiment, təlim üsulları
Ключевые слова: методика преподавания химии, организация и ведение урока,
самостоятельная деятельность, познавательная активность, творческий разум, интерак-
тивное обучение, процесс преподавание, эксперимент, методу обучения
Key words: The technique of teachinq of chemistry, organization and
management of the lesson, independent activity, cognitive activity, creative ming, active
teaching, interactive learning, experiment, teaching methods
Tədris proqramları dövlət sənədi kimi dəyərləndirilir. Belə ki, “ayrı-ayrı fənlərdən
bilik, bacarıq və vərdişlərin həcmini, mövzuları tədris edərkən ardıcıllığı, hər bir fənnə
aid bölmə və mövzulara verilən saatların sayını müəyyən edən dövlət sənədinə tədris
proqramı deyilir”.
Kurikulumlarda əks olunmuş təlim nəticələri elə ardıcıllıqla verilir ki, biri digərini
tamamlayır və möhkəmləndirir. Çünki, fənn kurikulumları konseptual sənəd olduğuna
görə, inteqrativ, qabaqlayıcı və s. xarakter daşıdıqlarından,bu təlim nəticələrinin vasitəsi
ilə şagird şəxsiyyətinin formalaşması və inkişafı mümkün olur.
İlk dəfə şagirdlər dərsdə kimyəvi elementlərlə tanış olurlar (məsələn: H, O, N, Na,
K, Ca və.s.) və öyrənməyə başlayırlar; Kimyəvi elementlərin öyrənilməsində müəllim öz
işinə yaradıcı yanaşaraq, müxtəlif üsul və metodlardan istifadə etməlidir. Məsələn, öz
pedaqoji fəaliyyətimdə mən şagirdlərə tapşırıq olaraq verirdim ki, kardondan bir az iri
yumru dairələr kəsib hazırlayın. Həmin dairələrin ortasında plamastırla kimyəvi elemen-
tin işarəsini yazmaq, elementin yuxarısında küncdə atom kütləsini, üstündə isə valentini
qeyd edin. Şagirdlər evdə bu tapşırığı növbəti dərsə hazırlayıb gətirirdilər. Beləliklə qısa
vaxt ərzində şagirdlər kimyəvi elementlərin həm işarəsini, həm valentini, həm də kütləsini
öyrənirdilər və bununla da, onlara həm də müstəqil işləməyi öyrədirdim.
Sonra şagirdlərə kimya dilində danışmağı öyrədirdim. Çünki, ilk dəfə olaraq kim-
ya dili ilə tanış olurlar, ona görə də çox diqqətli və məsuliyyətli yanaşaraq, kimyəvi ele-
mentlərlə yanaşı,kimyanın ilk əsas qanunlarını öyrədirdim.
Maddələr və maddələrin bir-birinə çevrilməsini; maddələrin tərkibi və quruluşu
haqqında müəyyən məlumatları şagirdlərə öyrətmək;
Keçirilən mövzulara aid bir sıra laborator təcrübələri və praktik məşğələlər apar-
maq vacibdir. Çünki, “Kimyəvi çevrilmələr aparmadan və onu praktikada görmədən
kimyanı heç bir vəchlə öyrənmək olmaz”. (M. V. Lomonosov).
Müəllim dərsin təchizatına ciddi fikir verməklə, adi həyatda şagirdlərə yaxşı tanış
olan müxtəlif bəsit və mürəkkəb maddələrlə tanış edir. (məs: Fe, Cu, Al, xörək duzu, şə-
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |