Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə172/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   168   169   170   171   172   173   174   175   ...   298
 
 
131 
ya dərslərində əsas yeri eksperiment təşkil edir. Eksperiment — yunan sözü olub, sınaq-
dan keçirmə deməkdir. Müəllim təcrübə göstərən zaman şagirdlərin diqqətini, təcrübə za-
manı baş verən hadisələri müşühidə etməyə cəlb etməlidir. Qabaqcadan təcrübələrin də-
qiq  hazırlanması,  göstərilmədən  əvvəl  yoxlanılması  kimya  dərsinin  keyfiyyətinə  müsbət 
təsir edir. Belə ki, göstərilən təcrübələrin təhlil edilməsi şagirdlərin fəal iştirakı ilə aparıl-
malıdır.  
Kimya eksperimentinə aşağıdakılar aiddir; 
Laboratoriya  işləri,  nümayiş  təcrübələri  və  praktik  məşğələlər  (laboratoriyada 
aparılan  təcrübələrdən  bilik  və  bacarığı  möhkəmləndirmək  üçün  istifadə  olunursa,  belə 
təcrübələrə  praktik  məşğələ  deyilir),  şagirdlərin  müstəqil  içləri,  paylama  materialı  üzə-
rində iş, kitab üzərində iş, məsələ həlli. 
Məsələ  həllinə  isə  elmi  tədqiqat,  texniki  istehsalat,  eksperimental  və  çalışma 
aiddir. 
Müəllim  təlimin  qarşıya  qoyduğu  bütün  tələbləri  dərs  zamanı  əməl  etməklə,  şa-
girdlər yüksək tədris uğuruna nail olurlar. Yəni, tədris prosesi təşkil olunmalıdır ki, o, id-
rak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, onda yeni biliklərə yiyələnmək həvəsi ya-
рatsın. Fəal və yaradıcı olmaq, şəraitdən tez baş çıxarmaq, təşəbbüs göstərmək, müstəqil 
olaraq yeni məsələlər qarşıya qoymaq və qərar qəbul etməyi bacarmaq vacib məsələlər-
dəndir.  
Məktəb  şagirdə  yalnız  bilik,  bacarıq  və  vərdişləri  verməklə  kifayətlənməməlidir. 
Təlimdə keyfiyyət əldə etmək üçün təlim prosesində əməkdaşlıq böyük rol oynayır. Əgər 
şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliy-
yətində  yeni  bir  keyfiyyət  yaradır,  şagirdin  özünə  inamı  artır,  o  öz  fikrini  çatdırmağa 
çəkinmir, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq təlim mühitini şagird üçün 
daha  əlverişli,  fəallaşdırıcı  və  ruhlandırıcı  edir.  Fəal  təlimin  mühüm  xüsusiyyətlərindən 
biri  dərsdə  təlim  vərişlərinin  aşılanması,  şagirdlərin,  müstəqil  (öyrənməyi  öyrətmək) 
özünüinkişaf vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin