Research papers


Ġnklüziv təhsildə Ģagirdlərarası münasibətlərin tənzimlənməsi yolları



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə90/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   86   87   88   89   90   91   92   93   ...   246
elmi-eserler-2022-2-cap

Ġnklüziv təhsildə Ģagirdlərarası münasibətlərin tənzimlənməsi yolları 
73 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
dedikdə, hər bir şagirdin qüsurlarının yaratdığı 
xüsusiyyətlər nəzərdə tutulur. 
İnklüziv təhsildə şagirdlərarası münasibət-
lərin tənzimlənməsi proqramında sağlamlıq im-
kanları məhdud olan şagirdlərin məktəbdə qa-
zandığı bacarıqların ailə mühitində tətbiqinə ça-
lışmaq, təhsilin davamlılığını təmin etmək də öz 
əksini tapa bilər. Ailədə paralel təlim mühiti ya-
radaraq məktəbdə öyrəndikləri bilik və bacarıqları 
daha da möhkəmləndirərək müəllim və valideyn-
ləri şagirdin inkişafına yönəlmiş daha sağlam 
əlaqələrə motivləşdirmək zəruridir. 
Problemin elmi yeniliyi.
Sağlamlıq imkanları 
məhdud olan uşaqların məlum səbəblərdən kommu-
nikativ bacarıqları inkişaf etmir. Bu bacarıqların in-
kişaf etməməsi inkluziv təhsildə onun şagirdlərarası 
münasibətlər qurmasında çətinlik yaradır. Məqalədə 
sağlamlıq imkanları məhdud olan uşaqların kommu-
nikatıv bacarıqların inkişaf yolları açıqlanır. 
Problemin praktik əhəmiyyəti.
İnklüziv təh-
sildə sağlamlıq imkanları məhdud olan uşaqların 
kommunikatıv bacarıqlarının inkişaf etdirilməsi yol-
ları ilə tanış olan müəllimlərin tədrisi daha səmərəli 
təşkiletmə imkanları yaranır. 
Problemin aktuallığı.
Müasir dövrdə inklü-
ziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqların 
cəmiyyətə inteqrasiya yollarından biri kimi qiymət-
ləndirilir. Lakin bu şagirdlərin kommunikativ baca-
rıqlarının inkişaf etməməsi onların təhsilinin səmə-
rəli təşkilinə neqativ təsir göstərir. Kommunikativ 
bacarıqların inkişaf etdirilməsi həm sağlamlıq im-
kanları məhdud olan uşaqların təhsilinin səmərəsinin 
artırılmasında, həm də onların cəmiyyətə inteqrasi-
yasında mühüm rol oynayır. Bu istiqamətdə kommu-
nikatıv bacarıqların inkişaf yollarının müəyyən edil-
məsi aktual pedaqoji problemlərdən biridir 
Ədəbiyyat: 
1.
Kazımova, G.S. Kiçikyaşlı məktəblilərin kollektivə adaptasiyasında qarşılıqlı münasibətlərin rolu: // 
psixol. üzrə fəls. dok. diss. – Bakı: – 2014. – 153 c.
 
2.
Əzimli, Q.Ə. Müasir dövrdə anomal uşaqların təlim-tərbiyə işinə cəlb edilməsi haqqında fikirlər // 
Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi 
konfransın materialları, – 2015, 5-6 iyun, – s. 268-269 
3.
Karaca, M.A. Kaynaştırma eğitimi programının öğretmenlerin kaynaştırma uygulamalarındaki mesleki 
yeterliliklerine etkisi / M.A. Karaca. – Konya: Eğitim bilimleri enstitüsü, – 2018. – 157 s. 
4.
İlköğretim okullarındaki kaynaştırma uygulamalarının değerlendirilmesi. – Ankara: Milli Eğitim 
Bakanlığı, – 2010. – 148 s. 
5.
Özel eğitim hizmetleri tanıtım el kitabı. – Ankara: Milli Eğitim Bakanlığı, – 2014. – 187 s. 
6.
İnklüziv siniflərdə təlimin təşkili. – Bakı: TPİİ, – 2008, – 68 s.
 
8.
Hüseynova, N. Korreksiya işlərinin həyata keçirilməsi. / N. Hüseynova, L. İmanova. – Bakı: Təhsil 
Nazirliyi, – 2020. – 296 s. 
9.
Əliyeva, L.M. Məktəbəqədər yaşlı uşaqların psixi inkişafinda valideyn və tərbiyəçilərin rоlu: // psixol. 
üzrə fəl. dok. diss... – Bakı: – 2014. – 138 c.

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin