Ġnklüziv təhsildə Ģagirdlərarası münasibətlərin tənzimlənməsi yolları 73
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 dedikdə, hər bir şagirdin qüsurlarının yaratdığı
xüsusiyyətlər nəzərdə tutulur.
İnklüziv təhsildə şagirdlərarası münasibət-
lərin tənzimlənməsi proqramında sağlamlıq im-
kanları məhdud olan şagirdlərin məktəbdə qa-
zandığı bacarıqların ailə mühitində tətbiqinə ça-
lışmaq, təhsilin davamlılığını təmin etmək də öz
əksini tapa bilər. Ailədə paralel təlim mühiti ya-
radaraq məktəbdə öyrəndikləri bilik və bacarıqları
daha da möhkəmləndirərək müəllim və valideyn-
ləri şagirdin inkişafına yönəlmiş daha sağlam
əlaqələrə motivləşdirmək zəruridir.
Problemin elmi yeniliyi. Sağlamlıq imkanları
məhdud olan uşaqların məlum səbəblərdən kommu-
nikativ bacarıqları inkişaf etmir. Bu bacarıqların in-
kişaf etməməsi inkluziv təhsildə onun şagirdlərarası
münasibətlər qurmasında çətinlik yaradır. Məqalədə
sağlamlıq imkanları məhdud olan uşaqların kommu-
nikatıv bacarıqların inkişaf yolları açıqlanır.
Problemin praktik əhəmiyyəti. İnklüziv təh-
sildə sağlamlıq imkanları məhdud olan uşaqların
kommunikatıv bacarıqlarının inkişaf etdirilməsi yol-
ları ilə tanış olan müəllimlərin tədrisi daha səmərəli
təşkiletmə imkanları yaranır.
Problemin aktuallığı. Müasir dövrdə inklü-
ziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqların
cəmiyyətə inteqrasiya yollarından biri kimi qiymət-
ləndirilir. Lakin bu şagirdlərin kommunikativ baca-
rıqlarının inkişaf etməməsi onların təhsilinin səmə-
rəli təşkilinə neqativ təsir göstərir. Kommunikativ
bacarıqların inkişaf etdirilməsi həm sağlamlıq im-
kanları məhdud olan uşaqların təhsilinin səmərəsinin
artırılmasında, həm də onların cəmiyyətə inteqrasi-
yasında mühüm rol oynayır. Bu istiqamətdə kommu-
nikatıv bacarıqların inkişaf yollarının müəyyən edil-
məsi aktual pedaqoji problemlərdən biridir
Ədəbiyyat: 1.
Kazımova, G.S. Kiçikyaşlı məktəblilərin kollektivə adaptasiyasında qarşılıqlı münasibətlərin rolu: //
psixol. üzrə fəls. dok. diss. – Bakı: – 2014. – 153 c.
2.
Əzimli, Q.Ə. Müasir dövrdə anomal uşaqların təlim-tərbiyə işinə cəlb edilməsi haqqında fikirlər //
Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi
konfransın materialları, – 2015, 5-6 iyun, – s. 268-269
3.
Karaca, M.A. Kaynaştırma eğitimi programının öğretmenlerin kaynaştırma uygulamalarındaki mesleki
yeterliliklerine etkisi / M.A. Karaca. – Konya: Eğitim bilimleri enstitüsü, – 2018. – 157 s.
4.
İlköğretim okullarındaki kaynaştırma uygulamalarının değerlendirilmesi. – Ankara: Milli Eğitim
Bakanlığı, – 2010. – 148 s.
5.
Özel eğitim hizmetleri tanıtım el kitabı. – Ankara: Milli Eğitim Bakanlığı, – 2014. – 187 s.
6.
İnklüziv siniflərdə təlimin təşkili. – Bakı: TPİİ, – 2008, – 68 s.
8.
Hüseynova, N. Korreksiya işlərinin həyata keçirilməsi. / N. Hüseynova, L. İmanova. – Bakı: Təhsil
Nazirliyi, – 2020. – 296 s.
9.
Əliyeva, L.M. Məktəbəqədər yaşlı uşaqların psixi inkişafinda valideyn və tərbiyəçilərin rоlu: // psixol.
üzrə fəl. dok. diss... – Bakı: – 2014. – 138 c.