Research papers


Ġnklüziv təhsildə Ģagirdlərarası münasibətlərin tənzimlənməsi yolları



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə86/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   82   83   84   85   86   87   88   89   ...   246
elmi-eserler-2022-2-cap

Ġnklüziv təhsildə Ģagirdlərarası münasibətlərin tənzimlənməsi yolları 
69 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
Ailə yarandığı dövrdən etibarən ailə tərbi-
yəsi anlayışı formalaşıb. O dövrdən bu günə qə-
dər tərbiyənin yeni institutları formalaşsa da, 
ailə tərbiyəsi yeni nəslin tərbiyəsinin ən vacib 
tərkib hissəsi olduğuna görə bu vəzifəni özündə 
saxlaya bilmişdi. Hər bir uşağın tərbiyəsi, sağ-
lam böyüməsi ailədən, onun möhkəmliyindən 
asılıdır. Buna görə də tərbiyə bu gün də ailənin 
əsas vəzifələrindən biri kimi dəyərləndirilir. 
Yeni nəslin tərbiyəsi anlayışına adətən on-
ların həyata hazırlanması, onlara sosial təcrübə-
ni mənimsəmə üçün mühitin yaradılması və s. 
nəzərdə tutulur. Lakin bu anlayışı “sağlam bə-
dəndə sağlam ruh olar” aforizmi müstəvisində 
təhlil etdikdə, aydın olur ki, uşağın tərbiyəsinin 
düzgün təşkili üçün ilkin şərtlərdən biri onun 
genetik və sosial-psixoloji sağlamlığıdır. Təəs-
süf ki, müəyyən səbəblərdən sağlam uşaqlarla 
yanaşı ailələrdə sağlamlıq imkanları məhdud 
olan uşaqlara da təsadüf edilir. 
Təbii ki, hər birimiz belə uşaqları görəndə 
təəssüf hissi keçirir, onlara Allahdan şəfa diləyi-
rik. Bu, bizim insani keyfiyyətimizin təzahürü-
dür. Hadisəyə dərindən nüfuz edəndə isə aydın 
olur ki, sağlamlıq imkanları məhdud uşaqların 
ailədə tərbiyə edilməsi böyük çətinliklərlə mü-
şayiət olunur. 
Ailədə sağlamlıq imkanları məhdud uşaq-
ların olmasının obyektiv səbəbləri var, lakin ey-
ni zamanda subyektiv səbəblər də yox deyil. Bə-
zi hallarda obyektiv adlandırdığımız səbəblər də 
subyektiv xarakter daşıyır. Fikrimizi izah etmək 
üçün diqqəti belə bir məsələyə yönəltmək istər-
dik. Nikaha girənlərin övladlarının gələcəkdə 
sağlamlığının təmin olunması məqsədi ilə bir 
müddət əvvəl nikaha daxil olmazdan əvvəl qan 
analizinin verilməsi qərara alındı. Bununla bağlı 
olaraq, Azərbaycan Respublikasının Ailə Mə-
cəlləsində edilən dəyişikliyə əsasən Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 
aprel tarixli 122 nömrəli qərarı ilə nikaha daxil 
olmaq istəyən şəxslərin tibbi müayinədən keç-
məli olduğu xəstəliklərin siyahısı, qaydası və 
arayışın forması təsdiq edildi (10). Eyni xəstə-
liklərə malik olan gənclərin ailə həyatı qurması 
arzuedilməzdir. Belə hallarda uşağın xəstə do-
ğulma ehtimalı çox olur. Bu, ailənin gələcəkdə 
böyük çətinliklərlə üzləşməsinə şərait yaradır. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsində 
edilən bu dəyişiklik nikaha daxil olan gənclərin 
ailə həyatında ola biləcək çətinliklərin qarşısını 
almağa yönəlmişdir. Əvvəllər belə tələb olmadığı 
üçün insanlar ailə qurarkən bir-birinin xəstəliklə-
rindən xəbərdar olmurdular. Xəstəliklə əlaqədar 
analizin nəticəsi bilinəndən sonra qərarın qəbul 
edilməsi könüllü olaraq gənclərin ixtiyarına bura-
xıldı. Görəsən, neçə gənc analizin nəticəsinin 
mənfi olduğu halda nikaha girməkdən imtina 
etdi? Belə bir statistika aparılmasa da, yəqin ki, 
heç birimiz məişətimizdə bu cür faktla rastlaşma-
mışıq. Halbuki bu gün tibb elmi böyük nailiyyət-
lər əldə edib. Bu nailiyyətlərdən biri də odur ki, 
analizlərin müqayisəli təhlili ilə uşağın sağlam 
doğulma ehtimalını müəyyənləşdirmək olur. Hət-
ta bir sıra hallarda valideynlərdən övlada keçə bi-
ləcək genetik mənşəli xəstəliklərin yeni doğula-
caq uşağa keçməsinin qarşısını almaq mümkün 
olur. Bir çox xəstəliklərin uşağa ötürülməsi ob-
yektiv xarakter daşısa da, məsələnin belə qoyulu-
şu onun subyektiv tərəflərə də malik olduğunu 
göstərir. Bunun üçün isə, sadəcə olaraq, doğula-
caq uşağın sağlam inkişafı baxımından validey-
nin öz məsuliyyətini dərk etməsi zəruridir. 
Uşaqlarda psixoloji travmaların yaranması 
bir sıra obyektiv səbəblərlə də bağlıdır. Vali-
deynlərdən birinin vəfat etməsi və ya boşanma-
sı, təkrar nikah (“ögey ana” və ya “ögey ata” 
amili), təkuşaqlılıq, qorxu, stress, əsəb və s. bu 
qəbildən olan amillərdir. Bu istiqamətdə müasir 
dövrdə həm demoqrafik, həm də mənəvi-psixo-
loji mühitin formalaşması ailə tərbiyəsinin mü-
hüm amili kimi qiymətləndirilir. Dərindən təhlil 
etsək, bu amillərin də subyektiv tərəflərə malik 
olduğunu görə bilərik. 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda 
çatışmazlıqlar iki istiqamətdə – onların fiziki və 
psixi inkişafında özünü göstərir. Uşağın sağlam-
lıq imkanlarının məhdud olması bu ailələrin so-
sial həyatının çətinləşməsinə səbəb olur. Belə 
ki, bu ailələrdə ailə üzvlərinin hər birinin bu 
uşaqların daha çox qayğısına qalması, onları hi-
mayə etməsi tələb olunur. Təbii ki, bu, ailənin 
sosial müdafiəyə ehtiyacını artırır. Onların sosi-
al müdafiəsi məqsədi ilə müasir dövrdə dünya-
nın, demək olar ki, bütün ölkələrində müxtəlif 
işlər həyata keçirilir. Sağlamlıq imkanlarının 
məhdud olan uşaq və yeniyetmələrin hüquqları-
nın qorunması, onların cəmiyyətə inteqrasiyası-
nı yaxşılaşdırmaq sosial institutların qarşısına 
mühüm vəzifə kimi qoyulur, bu uşaqların həyatı-
nın yaxşılaşdırılması yolları axtarılır. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin