Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə87/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   83   84   85   86   87   88   89   90   ...   246
elmi-eserler-2022-2-cap

Aysel Əli qızı Xəlilova 
70 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
İnklüziv təhsil bu istiqamətdə həyata keçi-
rilən işlərdən biridir. Təhsilin bu növündə sağ-
lamlıq imkanları məhdud olan şagirdə digərləri 
ilə birlikdə təhsil almaq imkanı yaradılır. Lakin 
bu təhsilin təşkili müxtəlif çətinliklərlə müşayiət 
olunur. Bu çətinliklərdən biri şagirdlərarası mü-
nasibətlərin tənzimlənməsi ilə bağlıdır. Aparılan 
tədqiqatlar da bu fikri sübut edir. G.S. Kazımova 
müəyyən etmişdir ki, kiçik məktəblilər, ümumiy-
yətlə, yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çə-
kirlər. Müəllifin fikrincə, “bunun bir səbəbi onlar 
üçün ünsiyyətin başlıca şərt olmaması, digər tə-
rəfdən şagirdin fərdi-psixoloji xüsusiyyəti ilə 
bağlıdır. Bu, özünü daha çox aqressiv, əsəbi şa-
girdlərin davranışında təzahür etdirir. Ünsiyyət 
qurmağa çətinlik çəkən digər şagirdlər, bir qayda 
olaraq, qapalı, qaraqabaq olduqlarından, onlar 
kollektivə adaptasiya olunmaqda problemlə üzlə-
şirlər” (1, s. 157). Bunu onların həyat tərzi ilə 
əlaqələndirmək lazımdır. Onlar bütün günü evdə 
ünsiyyətsiz olur, onların ailənin digər üzvlərinin 
qayğısına daima ehtiyacı olur, buna görə özləri-
nin həmişə kimdənsə asılı olduğunu düşünürlər. 
Bu məqama diqqət edən G.S. Kazımova, mək-
təbli olmalarına baxmayaraq, onların kiçik, hələ 
də müəyyən qədər “ev uşağı” olaraq qaldıqlarını 
bildirir: “Onlar özlərinə dost, yoldaş seçərkən, ev 
tapşırıqlarını yerinə yetirərkən, asudə vaxtlarını 
keçirərkən daha çox valideynlərinin tövsiyə və 
məsləhətlərinə əməl etməyə çalışırlar. Onlar öz 
sevinc və kədərlərini valideynləri ilə bölüşür, on-
ların müdafiəsinə ehtiyac hiss edir, tənbeh və tə-
riflərinə həssaslıqla yanaşırlar” (1, s. 156). 
Məsələyə bu istiqamətdən yanaşdıqda ink-
luziv təhsildə sağlamlıq imkanları məhdud olan 
uşağın digər şagirdlərlə ünsiyyətini təşkil etmək 
aktual pedaqoji problem kimi diqqəti cəlb edir. 
Beləliklə, inkluziv sinifdə təhsil alan bütün şa-
girdlərin hamısının sinifdaxili münasibətlərə ha-
zırlanması zəruri məsələyə çevrilir. Bu işin təkcə 
müəllim tərəfindən həyata keçirilə biləcəyi o qə-
dər də inandırıcı görünmür. Mütəxəssislərin fik-
rincə, xüsusən “kiçik məktəblilərin yaşıdları ilə 
qarşılıqlı münasibətləri həm də valideynlərindən 
asılıdır” (1, s. 156). Məsələyə belə yanaşdıqda, 
inkluziv sinifdə təhsil alan digər şagirdlərin vali-
deynlərinin də övladlarının, xüsusən sağlamlıq 
imkanları məhdud olan şagirdlərlə münasibətlərə 
hazırlanması işində iştirak etməsi aktuallaşır. 
Sağlamlıq imkanları məhdud olan şagirdlə-
rin yaşıdları ilə əlaqə qurmaqda çətinlik çəkmələ-
ri həm onların xəstəliyinin yaratdığı çətinliklər, 
həm də ailədə münasibətlər sisteminin düzgün 
qurula bilməməsi səbəbindən olur. Onun yaşadı-
ğı ailədə valideynlərin həyatı digər ailələrlə mü-
qayisədə əlavə çətinliklərə malik olur. Bu vali-
deynlər öz normal həyatlarını yaşaya bilmirlər, 
işdən sonrakı vaxtlarını problemli uşağa xidmət 
göstərməyə ayırmalı olurlar, bəzən isə hətta işə 
getməkdən imtina etməyə məcbur olurlar. Ailə-
də yaşayan digər uşaqlar da bir çox hallarda va-
lideynlərinə kömək etməli olurlar. Onlar, əsa-
sən, valideynlər işdə olarkən və ya başqa hansı-
sa məsələ işə məşğul olanda sağlamlıq imkanı 
məhdud olan qardaş və ya bacısına kömək edir-
lər. Təəssüf ki, istər valideynin, istərsə də ailə-
dəki digər uşağın sağlamlıq imkanı məhdud 
uşaqlarla ünsiyyəti yalnız ona kömək etmək 
müstəvisində həyata keçirilir. Xüsusən pedaqoji 
savadı aşağı səviyyədə olan valideynlər onların 
kommunikativ bacarıqlarının inkişaf etdirilməsi 
istiqamətində çox az iş görə bilirlər. Buna görə 
də inklüziv təhsilə cəlb olunan sağlamlıq imkan-
ları məhdud uşaqlarda ünsiyyət qurmaq çətinlik-
ləri olur. Onlar, adətən, evdə ailə üzvləri ilə ün-
siyyətə daxil olurlar. Məhdud sayda insanla mü-
nasibətə daxil olması onun ünsiyyət tələbatının 
ödənməməsinə şərait yaradır.
 
Belə situasiyanın yaranmasında valideyni 
günahlandırmaq da mümkün deyil. Sağlamlıq 
imkanları məhdud olan uşaqların valideynləri öz 
övladının gələcəyi üçün qurduğu parlaq pers-
pektivlərlə dolu olan planlar belə hallarda alt-üst 
olur, onlar digər sağlam uşaqlara həsədlə baxırlar. 
Q.Ə. Əzimlinin sərrast ifadəsi ilə desək, “Vali-
deynlər acı duyğular, dərin qorxu hissi yaşayırlar: 
“Uşağımız ali təhsil ala bilməyəcək, hansısa peşə 
sahibi, tam hüquqlu şəxsiyyət belə ola bilməyə-
cək!” Bu və digər oxşar stereotiplərdən vali-
deynlər böyük əziyyət çəkirlər, çünki onlar 
ömür boyu öz həyatları üçün özlərinə qurduqları 
ssenaridən imtina edərək gələcəkləri üçün yeni, 
sönük və könülsüz, həmçinin, kədərli bir ssena-
rini diktə etməli, bütün planlarını, arzularını və 
yaşamaq istəyini cilovlamalı olurlar” (2, s. 117). 
Bu düşüncələr valideynlərin özlərinin psixoloji 
halətini gərginləşdirir. 
Deyilən gərginlikdən əlavə, sağlamlıq im-
kanları məhdud olan uşağın yaşadığı ailələrdə 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin